İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Qida məhsullarının ixracında nə qədər artım var?

Qida məhsullarının ixracında nə qədər artım var?


Ölkəmizdən qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il ərzində 23 138 ton fındıq müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib:

"2018-ci ildə 18 nəqliyyat vasitəsi fındığın tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb. 2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 934 ton meyvə tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb".

Q.Təhməzli qeyd edib ki, bu, meyvə-tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir: "Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".

Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir?
09:3122 yanvar

Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir?

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:1320 iyun

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Milli Məclisin son iclasında öncə 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi səsə qoyuldu, səsvermə 102 nəfər deputatın "hə"si ilə təsdiqləndi. Təbii ki, parlamentin sədri Oqtay müəllim bundan razı qaldı. Sonra "Əhalinin sağlamlığının qorunması haqqında" dəyişiklik layihəsi uzun

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.