İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Parlamentin tərkibindəki pensiya yaşına çatan deputatlar

Parlamentin tərkibindəki pensiya yaşına çatan deputatlar


Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

Milli Məclisə deputat seçilən şəxslərin 31 nəfərini pensiya yaşına çatmış şəxslər təşkil edir.

Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir. Həmin YAP-çı deputatların siyahısını təqdim edirik:

İsa Həbibbəyli (70 yaş), Eldar İbrahimov (75 yaş), Sədaqət Vəliyeva (65 yaş), Hüseynbala Mirələmov (75 yaş) (sonradan nəticələri ləğv edildi), Mixail Zabelin (77 yaş), Hicran Hüseynova (65 yaş), Oqtay Əsədov (65 yaş), Əhliman Əmiraslanov (73 yaş), Hadi Rəcəbli (73 yaş) (sonradan nəticələri ləğv edildi), Cavanşir Paşazadə (67 yaş), Tahir Rzayev (70 yaş), Sahibə Qafarova (65 yaş), Aqiyə Naxçıvanlı 70 yaş, Bəxtiyar Sadıqov (69 yaş).

Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.

Onların adlarını təqdim edirik: Səttar Möhbalıyev (65 yaş), Madər Musayev (73 yaş), Rasim Musabəyov (69 yaş), Ziyad Səmədzadə (80 yaş), Eldar Quliyev (68 yaş), Vahid Əhmədov (73 yaş), Anatoliy Rafailov (67 yaş), Aqil Abbas (67 yaş), Əli Məsimli (67 yaş), Fəttah Heydərov (82 yaş).

Pensiya yaşına çatmış deputatların yerdə qalanları isə digər partiyalardan seçilənlərdir.

İndi isə həmin deputatların siyahısı ilə tanış olaq:

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə (67 yaş), Sabir Rüstəmxanlı (74 yaş), Rafael Hüseynov (66 yaş), Fəzail İbrahimli (69 yaş).

Qeyd edək ki, hər üç şəxs Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.

Digərlərindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 73 yaşı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin 66 yaşı var. 

Qeyd edək ki, pensiya yaşına çatmış şəxslərlə bağlı məsələ "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Lakin 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna təşkil edir.

Həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.

Bununla da Azərbaycanda 1 iyul 2019 - 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 qadınlarınkı isə 62 olacaq.

Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı
11:5507 noyabr

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı

X ə b ə r verdiyimiz kimi , se ç icil ə rin mill ə t v ə kill ə ril ə daha asan ə laq ə qura bilm ə l ə ri üçü n Milli M ə clisin r ə smi veb - s ə hif ə sind ə mobil n ö mr ə l ə r yerl ə ş dirilib .

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?
09:3823 yanvar

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?

Marafon başladı. Ötən ilin dekabrında Parlament növbəti çağırışını gözləmədən özünü buraxdı və budur, fevralın 9-da növbəti dəfə qutulara yaxınlaşmalı və Milli Məclisin yeni tərkibini formalaşdırmaq üçün öz mövqeyimizi ifadə etməliyik. İndilik isə təbliğat-təşviqatı diqqətlə izləməli, namizədləri

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
22:5825 sentyabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

"Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən,

MSK Sumqayıt və Abşeron üzrə seçki dairələrinin üzvləri və ekspertləri üçün seminar keçirib
09:3619 yanvar

MSK Sumqayıt və Abşeron üzrə seçki dairələrinin üzvləri və ekspertləri üçün seminar keçirib

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası yanvarın 18-də Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında seçki hüquqlarının

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:0124 iyul

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Bu həftə sosial məsələlər üzrə gözlənilməz şərhlərinə görə əhali tərəfindən heç də sevilməyən millət vəkili Hadı Rəcəbli mediaya geniş müsahibə verdi və müsahibə zamanı "İndi sizə milyonçu demək olar?" sualını bu cür cavablandırdı: