İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Sumqayıtın Gənclər Evi necə işləyir?

Sumqayıtın Gənclər Evi necə işləyir?


Bu gün "Qonaq otağı"nda Sumqayıt Gənclər Evinin direktoru Pəri Vəliyevadır.

- İstərdik, ilk olaraq Sumqayıt Gənclər Evi nə vaxt yaradılıb, hansı şərait Gənclər Evinin yaradılmağını şərtləndirdi, bu haqda məlumat verəsiniz.

- "Sumqayıt Gənclər evi" sosial xidmət müəssisəsi 2015-ci il 13 yanvar tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yaradılıb və cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Gənclər arasında vətənpərvərlik  işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə "Gənclər evi " sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır. Bu şəbəkələrdən biri də məhz şəhərimizdə artıq 5 ildir fəaliyyət göstərən "Sumqayıt Gənclər evi"-dir.

- Gənclər Evinin bu gün neçə könüllüsü var? Onlar hansı tədbirlərin həyata keçirilməsində iştirak edirlər?

- Qeyd etmək istərdim ki, Sumqayıt Gənclər evində könüllü qəbulu müsahibələr vasitəsilə həyata keçirilir. Hazırda onuncu könüllü fəaliyyətidir və indiyə qədər 800 -ə yaxın könüllü Gənclər evi sosial xidmət müəssisəsinin fəaliyyətində yaxından iştirak etmişdir. Əsas məqsədimiz  gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, könüllülərin sosial fəaliyyətlərinin artırılması, bilik və yaradıcılıq potensiallarının üzə çıxarılması və könüllülük hərəkatına dəstək olmaqdır. Könüllülər Sumqayıt Gənclər Evində keçirilən seminar, təlim, kompüter kursları, ingilis və rus dillərində danışıq klubları, intellektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmobların keçirilməsində də iştirak edirlər. Həmçinin könüllü gənclərimiz dram dərnəyi yaradaraq, müxtəlif  tanınmış yazıçıların əsərlərini tamaşaya qoyaraq, səhnələşdirirlər. Buna misal olaraq, deyə bilərəm ki, bu yaxınlarda  könüllülər   tərəfindən M.F.Axundzadənin “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah" və "Hekayəti Mərdi Xəsis" əsərləri səhnələşdirilmişdir. Əlbəttə ki, keçirilən bu tədbirlər şəhərimizdə intellektual gəncliyin formalaşmasına mühüm təsir göstərir.

- Bu gün Gənclər Evində hansı dərnəklər var,  məşğələlər keçirilir? Onlar pullu və ya pulsuz dərnəklərdir?

- Hazırda Sumqayıt Gənclər evində bədii gimnastika, rus və ingilis dili danışıq klubları, kompüter kursları, proqramlaşdırma, psixoloji xidmət, robotexnika dərnəyi, rəsm kursu, səsyazma studiyası gənclərin tam ixtiyarına verilmişdir. Şəhərimizin istənilən gənci üçün bu dərnəklərdən istifadə  etməsinə  şərait   yaradılmışdır.

- Gənclər Evi şəhər və ya Respublika əhəmiyyətli hansı tədbirlərin təşkilində iştirak edib?

- Gənclər evi kollektivi olaraq  gənclərimiz, könüllülərimiz  Sumqayıt   şəhərində keçirilən bütün tədbirlərdə hər zaman fəal şəkildə iştirak etmişdir. Və bütün şəhər tədbirlərində olduğu kimi, Respublika üzrə keçirilən tədbirlərdə də fəal iştirak edirik. Misal olaraq qeyd edim ki, Respublika üzrə I Dron Olimpiada yarışı keçirilmiş və bu olimpiada da məhz Sumqayıt Gənclər evinin yetirmələri 12 yerdən 8-nin  qalibi olmuşdur.

- Siz Gənclər Evinin direktoru kimi sumqayıtlı gənclərin potensialını, intellekt və dünyagörüşlərini necə qiymətləndirirsiniz?

- Sumqayıt gəncləri yüksək intelektli, dünyagörüşlü, vətəninə, dövlətinə bağlı, öz hüquqlarını bilən, müasir düşüncəli gənclərdir. Ölkə gəncləri arasında hər zaman Sumqayıt  gəncləri bilik və savadına görə seçilmişdir. Qəbul imtahanlarında ən yüksək bal toplayan gənclər də məhz  Sumqayıt   gənclərinin olması bunun  bariz  nümunəsidir.

- Sizcə, əsl hərtərəfli gəncdə hansı xüsusiyyətlər toplanmalıdır?

- Düşünürəm ki, ideal gənc olmur. Çünki gənclər dinamikdir, fikirləri dəyişkəndir, müasirdir. Gənclər hər gün inkişaf etməyə can atırlar. Yeni biliklər qazanırlar və bu biliklər, təcrübələr əsasında inkişaf edirlər. Ən əsası, özünü dərk edən, nə istədiyini bilən, özünə güvənən, öz tərbiyə və savadı ilə seçilən gəncləri hərtərəfli gənc hesab etmək olar.

- Sumqayıt Gənclər Evinin Respublikanın digər gənclər mərkəzləri ilə əlaqə və münasibətləri hansı səviyədədir? Qarşılıqlı hansı birgə fəaliyyətlərinizi sadalaya bilərsiniz?

- Hazırda Gənclər və İdman Nazirliyinin balansında olan on iki Gənclər evi şəbəkə şəklində yüksək səviyədə fəaliyyət göstərir. Əməkdaşlıq  şəklində  tədbirlər   həyata keçirilir. Misal üçün məsafə cəhətdən ən uzaqda olan Balakən Gənclər evi "Fındıq Festivalı" adlı tədbir keçirmiş və digər bütün Gənclər evlərinin kollektivləri də həmin tədbirdə fəal iştirak etmişdir. Əlavə olaraq , digər Gənclər evlərinin də təşkilatçılığı ilə bu cür tədbirlərdə birgə əməkdaşlıq olmuşdur. Hətta qeyd edim ki, yaxın zamanlarda sıralarımıza 20-ə yaxın Gənclər evləri də qoşulacaqdır.

- Gənclər Evinin könüllüləri arasında mərkəzdə işlə təmin olunmuş şəxslər varmı? 

- Qeyd edim ki, Gənclər evinin işçi heyətinə məhz elə burada könüllü fəaliyyətində olan gənclər seçilmişlər. Təbii ki, könüllü fəaliyyətində təcrübə qazanmış könüllülər əməkdaş kimi də təcrübə qazanmışlar və bu gün şəhərin digər dövlət qurumlarında fəaliyyətlərini davam etdirirlər. 

- Gənclik yaşı kimi fizioloji olaraq 14-29 yaş aralığı müəyyən edilib. Necə düşünürsünüz, gənclik coşqusunu, gənclik enerjisini yalnız bu yaş aralığına sığışdırmaq olarmı?

- Ruhu gənc olan hər kəs gəncdir. Bunun üçün yaşın fərqi yoxdur. Əslində, müxtəlif zamanlarda da bu yaş həddlərində dəyişikliklər olur. Əvvəllər  35 yaşacan nəzərdə tutulmuşdursa, hazırda gənclik yaşı 29 yaşa kimidir. Dövlət gənclər siyasətində ortalama yaş olaraq 14-29 yaş götürülmüşdür.

- Gənclər Evinə  könüllü uşaqlar seçərkən onlarda hansı xüsusiyyətlərin toplanmasına önəm verirsiniz? 

- Mənim üçün ən önəmli olan tərbiyə və davranış etikasıdır. Lakin müsahibə zamanı digər münsiflərin də fikirləri önəmlidir. Ümumiyyətlə, xalqına, vətəninə bağlı , bilikli, bacarıqlı nümunəvi gənclərə üstünlük verilir. Düşünürəm ki, digər çatışmazlıqları təcrübə ilə zamanla bərpa etmək mümkündür.


Söhbətləşdi: 

Səbuhi Allahverdizadə


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.