İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Telefon danışığınızı kim dinləyir? Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

Telefon danışığınızı kim dinləyir? Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

 "Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, "YouTube" və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu? Beləliklə, həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:

* # 21 #

Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz. Xaricilərin təcrübəsinə dayanaraq demək olar ki, məlumat yönləndirilməsi ən çox uşaqlarını spam və fırıldaqçılıqdan qorumaq istəyən valideynlər və qısqanc sevgililər tərəfindən istifadə olunur.

* #62#

Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.

P.S.: Smatfonun şəbəkəyə bağlı olduğu halda bəzən zəng qəbul edə bilmirsə (zəng çatmırsa), məlumatlarınızın mobil operatorunuzun nömrələrindən birinə yönləndirilmə ehtimalı var.

Qorxdunuz? - Sakit olun, çarəsi var… 

##002#

Bu koddan istifadə edərək telefonunuzda istənilən yönləndirmə formasını deaktiv etmiş olursunuz.

Həm də bu koddan rouminqə daxil olmadan əvvəl istifadə edə bilərsiniz. O zaman, avtomatik səs poçtuna göndərilən zənglər üçün mobil operator tərəfindən vəsait tələb olunmayacaq.

*#06#

Bu kodu istifadə edərək İMEİ-nizi (mobil avadanlıq üçün beynəlxalq identifikator) öyrənmiş olursunuz. Bu nömrəni bilməklə, oğurluq halında smartfonunuzu tapa bilərsiniz. Telefon qoşulduğu zaman, SİM kartın olub-olmamasından asılı olmayaraq, geolokasiya mobil operatora göndərilir. Qeyd edək ki, İMEİ kodunuzu başqa biri bilirsə, cihazınızın modelini və xüsusiyyətlərini asan şəkildə öyrənə bilər.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da, ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar. Əmir anasının səsini eşidib otaqdan eyvana çıxdı:

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.