İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Onsuz 10 il

Onsuz 10 il



2010-cu il fevralın 14-də ölkənin futbol ictimaiyyəti istedadlı idman yazarını - Alim Malikoğlunu itirdi. O, "168 saat" qəzetinin idman müxbiri, həm də "Neftçi" peşəkar futbol klubunun mətbuat xidmətinin əməkdaşı idi. Bütün varlığı ilə idmanı, xüsusən futbolu sevən Alim fevralın 13-də həyatında son dəfə futbola baxdı. Təmsil etdiyi klubun Yevlaxda "Karvan"la matçını izlədi, elə həmin maçtdan Bakıya dönərkən Şamaxı-Qobustan ərazisində avtomobil qəzasına qurban getdi. Cəmi 28 yaşında.

Alimin böyük jurnalistikaya yolu "168 saat"dan başlamışdı. 1998-ci ildən o, qəzetimizin idman yazarı kimi öz idmana olan sevgisini peşəkar fəaliyyətlə birləşdirdi. 2002-2004-cü illərdə "168 saat" qəzetlər qrupunun "Futbol-proqnoz" qəzetinə redaktorluq etdi. 2006-2008-ci illərdə "168 saat" qəzetinin redaktoru oldu. Qısa peşəkar fəaliyyətinin son dönəmi isə qeyd etdiyimiz kimi, həm "Neftçi"də çalışırdı, həm də öz doğma qəzetinin idman səhifəsini aparırdı.

Olduqca işgüzar, zəhmətkeş idi. Həmişə səhifələrini məsuliyyətlə hazırlayır, onların rəngarəngliyinin qayğısına qalardı. Sözün həqiqi mənasında peşəkar idi. Jurnalistika fəaliyyətinə görə AFFA-nın, eləcə də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin diplomlarına layiq görülmüşdü. Gələcəklə bağlı o qədər planları var idi... Nə yazıq ki, amansız ölüm onu sıralarımızdan qopardı. Yenicə qurduğu ailəsi başsız, yenicə ayaq açan körpəsi Nihad atasız qaldı.

Redaksiyamızın ən son tapşırığı futbol üzrə Avropa çempionatında yenicə atılmış püşkün nəticələri, yığmamızın şansları və rəqibləri barədə material hazırlamaq idi. O, bu dəfə də işinin öhdəsindən bacarıqla gəlib vaxtında materialı redaksiyaya təqdim etdi. Həmin günlərdə idman səhifəsində onun son materialını yerləşdirdik. Qəzetin çıxmasını səbirsizliklə gözləyən, dərhal idman səhifəsini açıb onun necə çıxdığına baxan, yazdıqlarını ilk dəfə oxuyurmuş kimi qəzet səhifəsindən böyük maraqla oxuyan Alim əfsus ki, həmin yazını oxuya bilmədi. 

Allah sənə rəhmət eləsin, əziz dostumuz. Yerin behiştlik olsun. Amin!

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Heydər Əliyev sumqayıtlı jurnalisti   görüşünə niyə çağırtdırmışdı?
18:4216 iyul

Heydər Əliyev sumqayıtlı jurnalisti görüşünə niyə çağırtdırmışdı?

...26 il əvvəl - 30 iyun 1993-cü ildə Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin həmin gün çap olunmuş nömrəsini xüsusi bir intizarla, sevinclə gözləyirdi. Ona görə də redaksiyadan evə gecədən xeyli keçmiş qayıtmasına baxmayaraq, artıq səhər tezdən 12 ildən çox hər gün

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?
18:5318 fevral

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?

Ötən həftəsonu baş tutan Parlament seçkiləri Milli Məclisin yeni tərkibini formalaşdırdı. Doğrudur, hələlik nəticələr rəsmi olaraq təsdiqlənməyib, ancaq dairələr üzrə ilkin hesablamalara əsasən qaliblər məlumdur. Sumqayıtın seçki dairələri üzrə qalib namizədlərdən yalnız biri öncəki çağırışda

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150