İSTİ XƏBƏRLƏR
168saat.com » Oxumasanız da olar » OXUMASANIZDA OLAR

OXUMASANIZDA OLAR



Lətifələrin reytinqi


5-ci yer

Son dərəcə sərxoş olan Dərdayıl yerə yıxılır. Durub bir az gedir, yenidən yıxılır. Belə olduqda öz-özünə mızıldanır:

-  Nə yaxşı ki, bayaq durdum e. Yoxsa bu 100 kiloluq cəmdəklə öz üstümə yıxılacaqdım.


4-cü yer

Gömrükdə aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, hər yüz əməkdaşdan biri müştəridən şirinlik alır.

Yoxlamada təsadüfi qaydada hər yüz gömrük əməkdaşından biri yoxlanılmışdır.


3-cü yer

Anekdotı.ru portalında həftənin lətifəsi.

Dmitriy Piskunov dostuna söyləyir:

- Sənə bir etiraf edim, dostum. Mən Moskvadan Sankt-Peterburqa köçənədək həyat yoldaşımın vəfasına şübhə etmirdim.

- Bəs nə dəyişdi ki?

- Mən müşahidə etdim ki, hər səhər bizə südü Moskvada süd gətirən həmin cavan oğlan gətirir.


2-ci yer

Retro lətifə

1992-ci ildə ölkədə qənd qıtlığı yaşanırdı, bir sözlə qənd tapılmırdı. Belə bir vaxtda, bir şəkilinin evinə qonaq gəlibmiş. Və...

Şəkili süfrəyə çay gətirib qoyur. Qənd əvəzinə isə qəndin şəklini çəkib qoyur.

Qonaq təəccüblə soruşur ki, bu nədir belə?

Şəkili tövrünü pozmur:

-  A sənin canını yeyim, ha indi qənd yoxdur, sən də şəklinə bax, çayını iç də.

Qonaq təəccüb içində çayı qurtumlaya-qurtumlaya gözünü qəndin şəklindən çəkə bilməyəndə şəkili birdən yerindən durub şəkli götürür:

-  Sən qəndin bu qıt vaxtı ha indi şirinçay niyə içirsən?


1-ci yer

Avropa Birliyinin Su hövzələri və Ekologiya komitəsi gəlib bizim yeni seçilən Milli Məclisimizdə dünya okeanları və dənizlərinin mövcud durumu barədə mühazirə söyləyir.

Deputat Fəzail Ağamalı sual verir:

- Cənab Cons, Sakit okean həmişə sakitdir?

Komitə yetkilisi əsəbiləşir:

- Cənab deputat, bu nə qeyri-kompitent sualdır?

Az keçmiş Fəzail Ağamalı yenidən söz alır:

- Mənim başqa bir sualım da var. Bəs Ölü dəniz niyə ölüb ki?

******

Dialoq 

Gənc xanım:

-  Az, 14 fevralı necə keçirdiniz?

Orta yaşlı xanım:

- Həyat yoldaşım mənə "Ağ çiçəyim"dən 100 manatlıq buket, bir də "Svarovski"dən kolye bağışladı, günorta "Steyk-haus"da qəşəng nahar elədik, axşam da işi var idi, getdi. Bəs sən sevgilinlə sevgililər gününü necə keçirdin?

- Sevgilim axşama kimi arvadının başını gül-çiçəklə, kolye-molyeylə, steyk-filanla qatıb axşam yanıma gəldi, səhərədək kam verib kam aldıq.

******

Başqa dialoq

Arvad:

-  Ay kişi, de görüm Rusiyaya gedən kişilər niyə arvadlarını özləriylə aparmırlar?

Kişi:

-  Ay arvad, sən Sabirabada mamangilə gedəndə özünlə qarpız aparırsan?


Müdrik kəlam

Hər birimiz üç balaca topla yanqlyorluq edirirk. Bunlar "iş", "ailə" və "dostlar" adlanır. Birinci top rezin topdur, təsadüfən yerə düşsə belə sınmır, yenidən hoppanıb əlinə qalxır. Digərləri isə şüşədəndir, unutmayın!


Vəsiyyət

90 yaşlı Almədəd kişi oğlan nəvələrinə deyir:

-  Əziz nəvələrim, özünüzə qız axtarırsınızsa, mütləq bunu ya çimərlikdə, ya da hovuzda eləyin. Çünki orada qızların həm bədənləri görünür, həm də onlar makiyajsız olurlar. Oralarda əsla aldanmazsınız.

******

Şikayətnamə

Deyirəm, qoç bürcüyəm. Deyir, heç oxşamırsan. Neynəyim? Durum kəllə atım?

******

Məsləhət

Diqqət. Dental klinika pasientlərə dişlərinin sağlamlığı üçün üç məsləhət verir:

1). Dişlərinizi gündə iki dəfə - səhər və axşam yuyun.

2). İldə azı iki dəfə stomotoloq müayinəsinə gedin.

3). Seçki söhbətlərinə qarışmayın!

******

Qadağa

İdarələrdən birinin müdiri işçilərini səhər iclasında danlayır:

-  Bəsdirin məni bu "boss", "şef" kimi sözlərlə çağırdınız. Milli sözlər yoxdur bəyəm? Məsələn, "çörəkverən", "ruzigətirən" və s.

******

Deyim

Eh, gidi dünya. Hadı Rəcəbliyə qalmayan parlament gör kimlərə qaldı!

******

Poeziya boxçası

Siyəzən-Şabran seçki dairəsindən deputatlığa namizəd Elza Seyidcahanın seçilmədiyi üçün xəstəxanaya düşməsindən hamınız xəbərdarsınız. Elza xanım orda belə bir şeir yazıb:

Seçki, ay seçki.

Sən marihuana, sən içki!

Saldın məni oda, 

seçilmədim mən də, 

o da.

Seçildi o birisi.

Ən geydirməsi,

ən pisi.

Seçki, ay seçki.

Sən marihuana, sən içki!

Aludə olmayaydım sənə kaş ki!

******

Kreativlik

8-ci mikrorayonda "Dovğa zapçastları" adlı yeni mağaza sumqayıtlıların istifadəsinə verilmişdir. Burada qatıq, düyü, noxud, ispanaq, dağ keşnişi satılır.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları
12:2218 fevral

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları

Qar dənəciklərinin rəqsinə tamaşa eləməyi çox sevirəm. Küləksiz, sakit havada yırğalana-yırğalana, ləngər vura-vura səmadan ta ki yerə kimi yol qət eləyib sonra da üzü üstə yerə döşənirlər. Qar yağmağa başlayanda ilk gələn dənəciklər ən altda, qar kəsən ərəfədə gələnlər ən üstdə, digərləri isə

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə Xızının Şurabad kəndində yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da ailələrini

Oxumasanız da olar
17:3705 iyul

Oxumasanız da olar

Restoranda sevən cütlüyün söhbəti: Oğlan: - Canım, yüz əlli metri neçə saniyəyə qaça bilərsən? Qız: - Boyunu yerə soxum. Yenə pulqabını evdə qoymusan?!

OXUMASANIZ DA OLAR
12:1805 sentyabr

OXUMASANIZ DA OLAR

Müdrik sual Avtomobilində oturduğu halda qoruyucu kəmər taxmaq məcburi ikən, avtobuslarda millətin ayaq üstündə gedə bilməsi məntiqi nə dərəcədə doğrudur?