İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək

Sumqayıt teatrı uzun illərdən sonra monotamaşa təqdim edəcək



Əsər haqqında məlumat verən rejissor bu qadının dramatik tarixçəsi olduğunu söylədi: "Sirkdə, şənliklərdə iştirak edən xanım bir oğlanla tanış olur. Ondan hamilə qalır. Oğlan isə qadından imtina edir. Çünki onun öz ailəsi var".

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ülviyyə Heydərovanın "Uşaqlıq" hekayəsi əsasında gənc aktrisa İlahə Səfərova ilə maraqlı monotamaşa üzərində yaradıcılıq işi aparır.

"Məşqləri gedən monotamaşanın maraqlı süjet xətti var. Mövzu qadın kloundur. Biz həmişə kişi kloun mövzusunun işləndiyini görmüşük", -  bu sözləri Sputnik Azərbaycan-a açılamasında tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov bildirib. Əsər haqqında məlumat verən rejissor bu qadının dramatik tarixçəsi olduğunu söylədi:

"Sirkdə, şənliklərdə iştirak edən xanım bir oğlanla tanış olur. Ondan hamilə qalır. Oğlan isə qadından imtina edir. Çünki onun öz ailəsi var. Bundan sonra qadın problemlərlə üzləşir. Əgər bətnindəki uşaq böyüsə, o fəaliyyət göstərə bilməyəcək". Əsərdə maraqlı məqamlardan biri də odur ki, həmin xanım özü yetimlər evində böyüyüb, ata-anası tərəfindən atılıb. Rejissorun səhnə yozumuna görə tamaşa boyu qadın bətnindəki uşaqla dialoqa girir. Ona hətta təklif edir ki, "nə var axı bu dünyada?" bəlkə sən özün istəyinlə dünyaya gəlməyəsən. Qadın çox mübarizə aparsa da, aciz qalaraq abort etdirir. F.Məhərrəmov bununla cəmiyyətdəki sosial problemi səhnələşdirmək istədiyini vurğuladı.

Firudin müəllim monotamaşa hazırlanmasının səbəbini belə izah etdi: "Böyük tamaşaları dünyaya çıxartmaq, beynalxaq festivallara aparmaq mümkün olmur. Bütün teatrlar indi çalışır ki, az sayda aktyor iştirak edən tamaşalar hazırlasın. Mono lap sərfəlidir. Çünki burada bir aktyor iştirak edir".

Tamaşanın təhvil vaxtından danışan rejissor bildirib ki, tamaşada ağır psixoloji səhnələr var: "Aktrisadan çox şey asılıdır. Çalışırıq ki, ayın sonuna təhvil verək".

Qeyd edək ki, tamaşada qadın rolunun ifaçısı İlahə Səfərovadır. Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səs operatoru Rauf Əliyev, işıqçı Nadir Həşimovdur.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt Teatrı   "Solğun çiçəklər"i dirçəltdi
09:2511 oktyabr

Sumqayıt Teatrı "Solğun çiçəklər"i dirçəltdi

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...
15:0620 iyul

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu...

Ölkə başçımızın müvafiq Sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi təntənəli şəkildə qeyd olunacaq. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti yubileyə ali dolu qatılıb. Belə ki, teatr tanınmış dramaturq Əli Əmirlinin şəhərin yubileyinə həsr etdiyi

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...
18:4716 oktyabr

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...

Bu gün Qonaq Otağında Sumqayıt Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Cəlal Məmmədovdur.