İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Ötən il ən çox satılan elektromobillər

Ötən il ən çox satılan elektromobillər


Bütün dünya üzrə avtomobil satışı ilə məşğul olan "EV-volumes.com" portalının ekspertləri 2019-cu ildə ən çox satılan elektromobillərin reytinqini tərtib ediblər.

Bütün dünya üzrə 2019-cu ildə 2,21 milyon elektromobil satılıb. 2018-ci illə müqayisədə bu göstərici 10 % artıb. Bazarda elektromobillərin payı 2,1%-dən 2,5%-dək artıb.

Beləliklə, 2019-cu ildə ən çox satılan elektromobil brendlərini təqdim edirik:

10. "Toyota"

Reytinqi tərtib edənlər qeyd edirlər ki, elektromobillərə tələbat ən çox Çində artıb. Tələbatın artımı üzrə ikinci yerdə Avropa gəlir.

9. "Hyundai"

Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai" reytinqin doqquzuncu pilləsində qərarlaşıb.

8. "Geely"

Çinin bu avtomobil istehsalçısının elektrokarları arasında ən çox satılan "Geely Emgrand EV" modelidir.

7. "Nissan"

Bu istehsalçının ən məşhur elektromobil modeli "Nissan Leaf EV"dir.

6. "Volkswagen"

Daha bir alman markası - "Volkswagen" 2019-cu ildə ən çox satılan elektromobil markalarının reytinqində altıncı sırada yer alır.

5. "BMW"

Reytinqin beşinci pilləsində yer alan "BMW" elektromobil bazarında ciddi rəqibdir.

4. "SAIC"

Bu Çin avtomobil istehsalçısı siyahının dördüncü pilləsinə yüksəlib.

3. "BAIC"

Çin istehsalçısı 2019-cu ildə 160 251 ədəd elektromobil satmaqla reytinqin üçüncü pilləsinə layiq görülüb.

2. "BYD"

İkinci yerdə Çinin "BYD" brendi yer alıb. 2019-cu ildə ümumilikdə bu brend altında 229 506 elektromobil satılıb.

1. "Tesla"

"Tesla" birinci il deyil ki, elektrokarların ən məşhur brendlərinin reytinqində liderlik edir. 2019-cu ildə "Tesla" brendi altında 367 820 avtomobil satılıb. Ən məşhur model "Tesla Model 3"dür.

Rəy bildir +
Oxşar xəbərlər
Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Məşhurların şəxsi həyatına  müdaxilə nədən qaynaqlanır?
12:3509 may

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.