İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ÖLÜM SAÇIR

Genetikdən ciddi xəbərdarlıq - elektrik çaydanlar ÖLÜM SAÇIR

Rusiyalı genetik mütəxəssis Yevgeni Patkin plastik elektrik çaydanların zərərlərini açıqlayıb. Alimlər hamilə qadının qəbul etdiyi az miqdarda zəhərin uşağın sağlamlığına necə təsir etdiyinə dair bir sıra təcrübələr aparıb. Eksperimental Tibb İnstitutunun molekulyar sitogenetik laboratoriyasının müdiri, elmi qrupun rəhbəri - Yevgeni Patkinin dediyinə görə, döl epigenetik dəyişikliklərə məruz qalır ki, bu da özünü yetkin yaşda ciddi xəstəlik kimi göstərə bilər.

Alimlər ətraf mühitdən az miqdarda bədənə daxil olan toksinlərin nəticədə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək proseslərə təkan verəcəyini sübut edib. Üstəlik, zəhər uşağın orqanizminə ana bətnində olarkən daxil olarsa, insan kifayət qədər yetkin yaşda da xəstələnə bilər. Patkin həmin maddələri açıqlayıb:

"Epigenetik dəyişikliklərin baş verməsi üçün bədənin güclü təsirə məruz qalmasına ehtiyac yoxdur - məsələn, ağır metalların olduğu yeməklər, və ya az miqdarda bisfenol olan plastik su şüşələri kifayətdir. Rəsmi olaraq zəhərin tərkibi sanitar norma daxilində olacaq - mutasiyaya səbəb olmayacaq, amma epigenetik dəyişikliklər mütləq baş verəcək. Yeri gəlmişkən, bisfenol isidildiyi zaman daha fəal buraxılır. Odur ki, plastik elektrik çaydanları atmaq və uşaq yeməyini plastik şüşələrdə qızdırmamaq lazımdır".

Genetik eyni zamanda vurğulayıb ki, hamilələrin sağlamlığı mühümdür. O, əlavə edib ki, kişinin spermatogenezi ömrü boyu davam edir. Əgər zəhər və ya şüalanmaya məruz qalsa, bir müddət sonra sperması təmizlənəcək. Qadının bütün yumurtalıqları zərər görərsə, əbədi olaraq belə qalacaqlar.

Alimlərin fikrincə, embrional dövr həlledici rol oynayır. Mütəxəssislər xəstəliklərin əsasən DNT-dəki epigenetik dəyişikliklərlə əlaqəli olduğunu düşünür. Elmdə yeni bir istiqamət ortaya çıxıb - (utero inkişaf etmiş) "yetkin" xəstəliklərin fetal səbəblərinin araşdırılması. Həkimlər xəstəliklərin epigenetik mexanizmlərini başa düşdükdən sonra yeni effektiv müalicə üsullarının tapılacağını gözləyirlər.


Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ənənəvi olmayan sağalmaq təlimi
09:2712 oktyabr

Ənənəvi olmayan sağalmaq təlimi

Xəstəlik və onunla mübarizədən söhbət düşmüşkən, mütləq bu günlərdə dünyanın bir çox ölkəsində milyon tirajlarla çap olunan bir bestseller barədə də söz açmaq istəyirəm, rusiyalı müəllif Valeriy Sinelnikovun "Öz xəstəliyini sev" kitabı barədə.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.