İSTİ XƏBƏRLƏR
168saat.com » Oxumasanız da olar » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Lətifələrin reytinqi


5-ci yer

Milli Məclisin iclası gedir. Respublika büdcəsi müzakirə olunur. Deputatlar arasında ciddi mübahisə gedir, yalnız onlardan biri - Ziyad Səmədzadə kresloya yayxanıb mürgüləyir.

Bu vaxt spiker Oqtay Əsədov deyir:

- İndi isə mən hörmətli akademikimiz Ziyad Səmədzadənin fikrini bilmək istəyərdim.

Yaxındakılar dümsükləyib Ziya müəllimi ayıldırlar. O, dərhal nitqə başlayır:

-  Düzünü desəm, mənim bütün məsələlərdə mövqeyim eynidir. Mən heç kəsin xətrinə dəymədən, əks mövqedə dayananları incitmədən bu məsələlərə bir qədər başqa prizmadan yanaşır, amma mütləq əksəriyyətin mövqeyi ilə tam razılaşmış halda tam obyektiv olmaq zərurəti ilə mövqe sərgiləyirəm. Mən bütün arqumentləri birmənalı olaraq nəzərdən keçirib fikir süzgəcimdən analiz edir və onu da nəzərə alıram ki, hər bir arqumentin arxasında real deputat dayanır. Demək, biz hər birimiz birmənalı şəkildə parlamentdə hər bir çıxışımızın məntiqli olması nöqteyi-nəzərindən ümumi fikrə, o cümlədən hörmətli spikerimizin, onun müavinlərinin, parlament komitələrinin rəhbərlərinin fikirlərinə hörmətlə yanaşmaq nümunəsi sərgiləməliyik. Odur ki, mən demək istəyirəm ki, burada səslənən fikirlərlə tam razıyam, söylənilən arqumentləri tam dəstəkləyirəm.


4-cü yer

Modernizasiya: - Lampalar qənaət etdiyimiz elektrik enerjisindən 5 dəfə bahadır.


3-cü yer

Məzunların 20 ildən sonra görüşü keçirilir. Ağbirçək Sona müəllimə Ərəstuna mehribanlıqla deyir:

-  Mamedov, heç yadımdan çıxmır, sən dərs zamanı bircə suala da cavab vermirdin, nə soruşurdumsa, ele hey "bilmirəm" deyirdin.

Ərəstun gülümsəyir:

-  Sona müəllimə, mən elə indi də əvvəlki təki "bilmirəm" deyirəm. Amma sonra əlavə edirəm ki, "dərhal araşdırılsın və mənə məruzə edilsin!"


2-ci yer

Evinə gəlib həmişə arvadının və səkkiz qızının burnunu sallaq görən Dərdayıl axırda bir gün dözməyib arvadından soruşur:

- Sən nə gözləyirsən məndən?

Arvad deyir:

- Xanım nə gözləyir, xanım sevgi gözləyir.

Qızlardan soruşur:

- Bəs siz xanımlar nə gözləyirsiniz?

Qızlar da səs-səsə verirlər:

- Xanım nə gözləyir? Xanım qayğı gözləyir.

- Xanım diqqət gözləyir!

- Xanım mehribançılıq gözləyir!

- Xanım hədiyyə gözləyir! 

Axırda Dərdayıl deyir:

-  Bəyəm kişi nə gözləyir, kişi avtobus gözləyir?


1-ci yer

Türk lətifəsi

İzmir-Ankara magistral yolu ilə sürətlə bir tır gəlir. Tır sürücüsü yolun 71-ci kilometrində "Nə qədər gec deyil, getdiyiniz səhv yoldan geri dönün" sözləri yazılmış lövhəni görür, "Gerizəkalılar, səhv yolda kendinizsiniz, mən düz yoldayam" deyib yolunu davam etdirir. Döngəni dönür, möhkəmcə əyləci sıxır, sonra gurultu, şüşə cingiltisi, toz-duman.

Ardınca bir "Tofaş" keçir. Onun da sürücüsü lövhədə yazılanlara ikrah bildirib yolunu davam etdirir, eyni aqibət.

Üçüncünün, dördüncünün də sonu belə olur.

Ertəsi gün Yol İşləri bakanlığı yol işarələrinə və məlumatlarına cavabdeh olan Tuğrul Çökyeli vəzifəsindən azad edir, İzmir-Ankara magistral yolunun 71-ci kilometrindəki lövhəni dəyişirlər, yeni lövhəyə "Diqqət! Qarşıda uçqun var, bu yolla hərəkəti davam etməyin!", yazılır.

***

Fakt

Dünyada ən bacarıqlı insanı rəsmən Sumqayıtın şadlıq evlərinin ofisiantları elan olunmuşlar. Siz onlardan masada olmayan "Stoliçnıy salat" istəyin, lazım gəlsə, bütün masalardan qaşıq-qaşıq yığıb sizə stoliçnıy gətirəcək. Olmasa, bəy-gəlin masasından çırpışdıracaq. O da olmasa, aşağıya - marketə düşüb bir-iki kök, xiyar, kartof, bir banka da mayanez alıb o soxa-soxda mətbəxdə özü hazırlayıb gətirəcək. Təki sizdən babat "çayevoy"alsın!

***

Sitat

"İtalyanlar müəllimə "padre" deyir. Onlar ataya da "padre" deyirlər. Türklər "hocam", "öyrətmənim" deyirlər. Yəni ağsaqqalım, böyüyüm. Bizdə isə müəllimə də, hər yoldan keçənə də müəllim deyilir".

Rəşid Mahmudov 


***

Zarafat TV-dən 15 zarafat


1

-  Varlının puluna niyə soyuq dəymir?

-  Niyə? 

-  Çünki banka qoyur.

2

-  Sıfır səkkizə nə deyir?

-  Nə deyir?

-  Kəməri hardan almısan?

3

-  Kiminsə "Matryöşka" ilə mübahisəsi düşəndə "Matryöşka"ya nə deyir?

-  Nə deyir?

-  Get, böyüyün gəlsin.

4

-  Limonu ən çox nə vaxt sıxırlar?

-  Nə vaxt?

-  Borcu olanda.

5

-  Heç bir bədən üzvünü tanımayan orqan hansıdır?

-  Hansıdır?

-  Kor bağırsaq.

6

-  I hərfi İ hərfinə nə deyib?

-  Nə deyib?

-  Təmiz başımı itirmişəm e.

7

-  Rus pendir istehsalçılarının ən çox sevdikləri türk serialı hansıdır?

-  Hansıdır?

-  Sırlar dünyası.

8

-  Həmişə içib dava salan quş hansıdır?

-  Hansıdır?

-  Kefli beçə.

9

-  Gündə beş-altı qız fırladan adam harda işləyir?

-  Harda işləyir?

-  Karuseldə.

10

-  Cahanda ən ağır seyid hansıdır?

-  Hansıdır?

-  Elza Seyidcahan.

***

Olmuş hadisə

Şəhərin ən çox şadlıq evləri olan ərazidə gizlənən DYP maşını içkili birini tutmaq üçün girəvə gəzir. Nəhayət, ayaq üstə zorla dayanan ən sərxoşunu görüb onu yaxalamaq qərarına gəlirlər. O, maşınına minir, bir az sürən kimi polislər onun başının üstünü alırlar. Sevincək sənədlərini götürüb alkoqol detektorundan keçirəndə alkoqolun 0 olduğunu görüb şoka düşürlər. Nə baş verdiyini öyrənmək istəyirlər. Sən demə, bu gün "ən sərxoş olmaq" növbəsi bu gəncin imiş.

***

Nəsihət

Sizin hamıya yaxşılıq etməyiniz əsla mümkün deyil. Amma heç kəsə pislik etməməyiniz ki, öz əlinizdədir?!

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

3 addım və 9 xüsusiyyət
17:4010 iyul

3 addım və 9 xüsusiyyət

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür. Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir
16:5526 iyun

Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətdədir

Biz uğurun nə olduğu barədə həmişə suallar içində qovruluruq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO