İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Bakı Konqress Mərkəzində Varisin yeni romanı təqdim olundu

Bakı Konqress Mərkəzində Varisin yeni romanı təqdim olundu


Azərbaycan Gənclər Fondu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının Bakı Konqres Mərkəzində təqdimatını və imza mərasimini keçirmişdir. 

Yazıçı Varisin yazdığı bu romanda azərbaycanlı Əlif Hacıyevlə belarus Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayəti qələmə alınmışdır. 

Romanda 1984-cü ildə Əskəranda sahə müvəkkili kimi xidmət apararkən gizli erməni separatizminin izinə düşən, şərlənib həbs olunaraq 5 il həbsxanada yatdıqdan sonra  bu dəfə Xocalı aeroportunun komendantı vəzifəsində erməni millətçiləri ilə mübarizə aparan Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin şərəfli həyat yolu oxuculara təqdim olunur, Dağlıq Qarabağın tarixi barədə bilgilər verilir, 26 fevral faciəsinə qədərki və faciə zamanındakı Xocalı təsvir olunur. 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan roman hazırda xarici dillərə də tərcümə olunur, “Xocalıya ədalət” kampaniyası çərçivəsinsə bir neçə xarici ölkədə nəşri planlaşdırılır.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən