İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtda Böyük Vətən müharibəsi veteranları ziyarət olundu

Sumqayıtda Böyük Vətən müharibəsi veteranları ziyarət olundu

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Sumqayıt şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib.

Şəhər rəhbəri veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub.  600 min nəfər Azərbaycan vətəndaşı cəbhəyə yollanaraq faşizmə qarşı döyüşlərdə iştirak edib. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, soydaşlarımızın təxminən yarısı bu döyüşlərdə həlak olub. Xalqımızın arxa cəbhədə də böyük xidmətləri olub, ordunun ehtiyaclarını ödəmək üçün soydaşlarımız  gecə-gündüz fədakarlıqla çalışıblar.

Vurğulanıb ki, ölkəmizdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.

Veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrini bölüşüb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalı veteranlara təqdim edilib.

Eyni zamanda veteranlara pul mükafatı, xatirə hədiyyələri və ərzaq bağlamaları təqdim edilib.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Bakıda merin faytonuna   bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?
11:4319 dekabr

Bakıda merin faytonuna bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?

Hər zaman Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edən möhtərəm prezidentimiz cənab İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində 2019-cu ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının məhdud yığıncağındakı çıxışında da bəyan etmişdir ki, bu gün erməni faşizmi dünya üçün,

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.