İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Vidadi İsayev

Bərdə rayonunun icra hakimiyyətinin başçısı Vidadi İsayev koronavirus pandemiyası dövründə öz adını dünya tarixinə yazdırdı. Buna səbəb, onun kənd icra nüməyəndələri ilə "Karantin dövründə rayondakı mövcud vəziyyət və qarşıda duran vəzifələr" barədə keçirdiyi online toplantı oldu.

Belə ki, başçı da, digər iştirakçılar da öz kabinetlərində tək olduqları halda az qala gözlərinə kimi kip maska ilə qorunaraq keçirdilər bu toplantını.

Halbuki maska insanlar bol olan yerdə, hansısa bir viruslu insanın asqırıb, yaxud öskürüb hava-damcı yolu ilə virusu sənə keçirə biləcəyi ehtimalını yox etmək üçündür.

Bərəkallah, ay Vidadi İsayev!

Rafiq Bayramov

DTX-nin növbəti qandalladığı şəxs - Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun suçu aşkarlandı. Əməliyyatla bağlı yayılan rəsmi məlumatda "nazirliyin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafeələrinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri" formulirovkası qeyd edilmişdi. İndi isə konkret R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı bəlli oldu.

Əlavə olaraq, Rafiq müəllim beynəlxalq tədbirlərin təşkilatçılığı zamanı ayrılan büdcə vəsaitlərini mənimsəməkdə, otel açmaq istəyənlərdən 5000, turizm şirkəti açmaq istəyəndən 3000 manat rüşvət tələb etməkdə, otellərə ulduzları pulla satmaqda ittiham olunur. Ulduz satanın aqibəti sonda çiyni ulduzlular tərəfindən həbs olunmaq imiş demək!

Sabir Rüstəmxanlı

Milli Məclisin növbəti iclasında gənc deputat Cavid Osmanov iddia etdi ki, Şuşanın işğalı AXC-Musavat cütlüyünün ayağına yazılmalıdır, hazırda da bu şəxslər müxalifətdə dayanaraq çirkin işlərlə məşğuldurlar:

-  Xəyanətkarların, satqınların toplaşdığı Milli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, onların əməllərinə hüquqi qiymət versinlər.

Deputat, xalq şairi Sabir Rüstəmxanlı isə onun cavabını bu cür verdi:

-  Vaxtı ilə Xocalı soyqırımı ilə bağlı səsləndirilən ehtiyatsız fikirlərlə biz düşmənlərin əlinə bir bahanə verdik, illərlə bundan istifadə edirlər. İndi də belə fikir səslənir ki, Şuşanı da biz özümüz vermişik. Ay qardaş, bu cür danışmaq olmaz axı! Bura Milli Məclisdir! Sən kimi istəyirsən tənqid elə, ancaq bir qədər diqqətli ol!

Bəli, çox təəssüf ki, hərənin ağzı bir qaval çalır, son nəticədə uduzan isə Azərbaycan dövləti, Azərbaycan xalqı olur!

Vladimir Putin

May ayının 8-də Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistan vətəndaşlarını Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış mətnlə rəsmən təbrik etdi, faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyini bildirdi, həmçinin nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyini də qeyd etdi.

Biz Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun yerinə olaydıq kaş, cənab Putinə deyərdik, məhz mayın 8-i bizim xalqı qələbə günü münasibəti ilə təbrik etmək lazım deyil, həmin gün bizim Şuşa məğlubiyyətimizin ildönümüdür. Üstəlik, nasist cinayətlərinin qarşısının alınmasından ağızdolusu danışan cənab Putinə erməni nasistlərinin Şuşa cinayətinə göz yummaqla öz söylədiklərini özünün təkzib etməsini də xatırladardıq.

FİFA

Koronavirus pandemiyası ilə bağlı hər bir sahədə olduğu kimi idmanda da həyat donub, daxili futbol çempionatları, beynəlxalq yarışlar hamısı təxirə salınıb.

Bu durumda FİFA başbilənləri iclas keçirərək iki mühüm qərar qəbul ediblər. Bunlardan birincisi daxili birinciliklərdə ilin sonuna qədər 5 əvəzetmədən istifadə ilə bağlı rəsmən icazə verilməsi, ikincisi isə VAR (videotəkrar) sistemindən yararlanmamağa icazə, yəni kəsəsi VAR-ın ləğvidir.

Bildiyiniz kimi, VAR-ın tətbiqi hakim qərəzlərinin, oyun alqı-satqılarının, sifarişli nəticələrin qarşısının alınması yolunda vacib addım idi, ədalətə yönəlmiş bir addım idi.

Amma ədalət kimin nəyinə lazımdır, bir yerdə ki, FİFA-ya bu, ən azı matçlar ətrafında manipulyasiya etməyə mane olur?

Yenə də köhnə hamam, köhnə tas olacaq!


Qax itləri

KİV-in yaydığı məlumata görə Qax rayonunda itlərin insanları dişləməsi faktları sürətlə artır. Təkcə şənbə günü birdən-birə altısı Dəymədağlı, qalanları Almalı, Qarağan, Qaratala və Kötüklü kənd sakinləri olmaqla on nəfər rayon sakini it dişləməsi xəsarətləri ilə Qax rayon Mərkəzi xəstəxanasına müraciət edib.

Məsələn, Bəhmənli kənd sakini, 2010-cu il təvəllüdlü Aqil Haqverdiyə it hər iki ayağından, Kötüklü kənd sakini, 2007-ci il təvəllüdlü Qoqa Qaqriaşviliyə isə sol baldırından dişləməklə ciddi xəsarət yetirib.

Düşünürük ki, Qax rayonunda itlərin insanlara basqınının masştabını nəzərə almaqla orada fövqəladə vəziyyət rejimi tətbiq edilməsi effektiv ola bilər.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:3124 dekabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Təbii ki, həftənin ən gurultulu hadisəsi Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun həbsi oldu. İlkin məlumata görə, bu şəxslər Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən yaxalanıblar. Sonrakı məlumata görə isə Maliyyə Nazirliyi bir müddət

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.