İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Sumqayıt daha bir ilkə imza atdı: elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı

Sumqayıt daha bir ilkə imza atdı: elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı

STP və SmartHome şirkətləri  elektron dezinfeksiya tuneli istehsal etməyə başlayıb. Azərbaycanın qeyri-neft sektorunun qabaqcıl şirkəti olan Sumqayıt Texnologiyalar Parkı(STP) və ölkəmizin ilk və tək Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan SmartHome şirkəti Elektron Dezinfeksiya Tuneli istehsal ediblər. "Elsmart" brendi altında istehsal  olunan  bu məhsulun elektron sistemi və beyni SmartHome,  konstruksiyası və gövdəsi STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.

Dezinfeksiya Tuneli tam avtomat rejimdə çalışır.  İnsanlar tuneldən keçdikdə hərəkət sensorları sistemi işə salır və qısa müddət ərzində dezinfeksiya məhlulu püsgürdülərək  insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilir.

Dezinfeksiya məhlulu  buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmir. Bu, məhlulun xüsusi mühərrik vasitəsilə 0.3 mm-lik  ucluqlardan yüksək təzyiqlə çıxması hesabına əldə olunur. Nəticədə  maye  narın yayılaraq toz halında dağılır. Buxar formasına olmasına baxmayaraq geyimlərdəki bakteriya və virusları  təmizləməyə kifayət edir. Tunelin insan sağlamlığına heç  bir zərərli təsiri yoxdur.

Sistemə istəkdən asılı olaraq 50-200  litr arası çənlər quraşdırılır. 200 litrlik məhlul ilə  ortalama  6500-7000 insanın dezinfeksiya etmək mümkündür.  İstifadə olunan məhlul xüsusi tərkibə malikdir və Türkiyədə keçirilən testlər vasitəsilə Koronavirusu öldürməsi təsdiq olunub.

Dezinfeksiya Tunellərindən yalnız pandemiya dövrü  üçün deyil,  həmçinin   mövsümi bakteriya və virusların  profilaktikası, habelə gələcəkdə yaranacaq  yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.   Yeni məhsul məktəblərin, xəstəxanaların,   ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində və insanların kütləvi hərəkət etdiyi digər  məkanlarda quraşdırıla bilər.

Hazırda STP-nin Elektrik Avadanlıqları Zavodu gündə  25-30 ədəd məhsul istehsal etməyi nəzərdə tutur. Müəssisədə quraşdırılmış ən son avadanlıqlar sifarişlər artdıqca istehsal həcminin də artırılmasına imkan verir.

Məhsulun  sadə konstruksiyası müştərinin istəyinə uyğun dəyişiklik və əlavələr etməyə  imkan verir.  Asanlıqla xüsusi təkərlər  quraşdırılaraq  daşınılan versiyasını hazırlamaq mümkündür.

Dezinfeksiya Tunellərinin  həm yerli, həm də beynəlxalq bazarda satışı nəzərdə tutulur.


Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

"2019-cu ildə   ixracımız 40 faiz artıb"
18:0325 sentyabr

"2019-cu ildə ixracımız 40 faiz artıb"

Bu gün Sumqayıt Texnologiyalar Parkı (STP) ölkə iqtisadiyyatında mühüm iştirakçı kimi çıxış edir. Qonağımız qurumun Brendinq/Marketinq departamentinin direktoru Nihad Mustafazadədir.

Sumqayıtın lift sistemində inqilabi innovasiya
11:2827 fevral

Sumqayıtın lift sistemində inqilabi innovasiya

Vaxtın, zamanın sürətlə irəlilədiyi indiki kosmos və yüksək texnologiyalar dövründə dünyanın görünməmiş texniki sıçrayışlarla inkişaf etməkdə olan ölkələrində ucaldılan 40-50 və daha çox mərtəbəli göydələnləri onların ən mühüm infrastruktur elementi, vacib atributu sayılan lift sistemi olmadan

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir
16:4625 dekabr

Azərbaycan Avropanın enerji xəritəsinə yeni dizayn verir

Bir zamanlar daxili tələbatı ödəməkdə çətinlik çəkərək elektrik enerjisini idxal etmək məcburiyyətində olan, bütün ölkəni davamlı enerji ilə təmin edə bilməyən Azərbaycan həyata keçirilmiş məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində nəinki bu problemi əsaslı şəkildə həll edib, eyni zamanda enerji