İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » Çinin daha bir şəhəri Sumqayıta tibbi yardım göndərdi

Çinin daha bir şəhəri Sumqayıta tibbi yardım göndərdi

 

Çin Xalq Respublikasının Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib.

Sumqayıt şəhəri ilə dostluq və əməkdaşlıq əlaqələri olan Sian şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında tibbi ləvazimatlardan ibarət humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdə koronavirusla mübarizədə istifadə olunacaq.

Sian şəhərindən öncə Çin Xalq Respublikasının Mienyen və Çucou şəhərləri də Sumqayıt şəhərinə tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərmişdi.

Qeyd edək ki, daha öncə Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərilmişdi.

Rəy bildir +
Oxşar xəbərlər
48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ
14:2129 avqust

Sumqayıtla əməkdaşlıqda maraqlı olan SİAN ŞƏHƏRİ

Yeniləşən və müasirləşən Sumqayıt şəhərinin dünyanın bir çox şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlərin coğrafiyası hər ötən il genişlənir. Qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir
17:1710 sentyabr

Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edir

Sentyabrın 10-da Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb.