İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Büdcəsi azaldılan klublar, divizionda qalacaq qərblilər və başsız milli

Büdcəsi azaldılan klublar, divizionda qalacaq qərblilər və başsız milli

Son bir neçə ayda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası hələ də davam etməkdədir. Şübhəsiz, pandemiya dövrünün ən böyük iqtisadi zərbələrindən biri futbol sektoruna dəyməkdədir. 

Söhbət ümumən milyardlarla dollardan gedir. Məsələn, gəliri əsasən teleyayım, reklamlar və digər kommersiya fəaliyyətindən olan İngiltərə Premyer Liqasında yarış bərpa edilməsə, itki 1,137 milyard funt təşkil edəcək. İndiki halda asan proqnoza gələn məsələdir ki, bütün dünyada futbolçuların maaşları kəskin azalacaq, bütün ölkələrdə oyunçuların qiyməti aşağı düşəcək və bu sahədə kasıb bir dövr başlayacaq. Sözsüz ki, Azərbaycan futbolu  da mövcud durumdan itkisiz çıxmayacaq. Düzdür, ölkə futbolunda itki milyonlarla ölçülməyəcək, ancaq yenə də zərbə bizdən də yan keçməyəcək. Maraqlıdır, koronavirus xəstəliyinin yayılması Azərbaycan futbolu üçün ən əsas hansı problemləri yaradacaq?

"Qara qızıl" klubları "qara günə" qoyacaq?

Azərbaycan Premyer Liqasında mübarizə aparan səkkiz komandadan dördü - "Neftçi, "Keşlə", "Sumqayıt", "Səbail" birbaşa SOCAR-dan asılıdır. Hətta bu siyahıya qismən neft şirkətindən asılı olan "Sabah"ı da əlavə etmək olar. Şübhəsiz, pandemiyaya görə dünya bazarında neftin qiymətinin kəskin səviyyədə aşağı düşməsi bu şirkətin gəlirlərinin daha da azalması ilə nəticələnəcək ki, bu da SOCAR-ın "əlinə baxan" elita klublarının büdcəsinin azaldılmasını şərtləndirəcək. Həmçinin SOCAR-dan maliyyə dəstəyi almayan "Qarabağ", "Qəbələ" və "Zirə"nin də büdcəyə məhdudiyyət qoyacağını ehtimal etmək çətin deyil. 

8, yoxsa 10 klub?

Hələ Azərbaycan Premyer Liqasında məcburi fasilə yaranmamışdan xeyli əvvəl gələn mövsümdən elitada 10 klubun mübarizə aparacağı açıqlanmışdı. Hətta həmin vaxt Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin mövsümün ortasında konkret "Kəpəz" və "Turan-Tovuz"un adını səsləndirməsi birmənalı qarşılanmasa da, sevincə də səbəb olmuşdu. Ancaq hazırkı dönəmdə yüksək dəstədə klub sayının artırılması da real mənzərə ilə üst-üstə düşmür. Dünyanın aparıcı iqtisadçılarının ehtimllarına görə, bu gün dünyada neftə olan tələbat təklifdən qat-qat aşağı olduğu üçün ilin sonuna kimi vəziyyət dəyişməyəcək, ən yaxşı halda neftin bir bareli maksimum 32-35 dollara kimi yüksələ bilər. İndi ortaya haqlı sual çıxır: neftin qiymətinin düşməsi fonunda AFFA Premyer Liqada komanda sayını artıracaq, ya yox? Bəlli məsələdir ki, "Kəpəz"lə "Turan Tovuz"un fəaliyyətini davam etdirməsi neft pullarının hesabınadır və o da sirr deyil ki, birinci divizionla müqayisədə Premyer Liqanın tələbləri çox yüksəkdir  ki, AFFA-nın hazırkı iqtisadi durumda daha yüksək ödənişli klub himayə etməkdə maraqlı olacağı, qərb təmsilçilərini elitaya "dartacağı" az inandırıcıdır. 

Boş qalan məşqçi postu

Ölkə çempionatının məlum virus səbəbindən dayandırılması onsuz da inkişafı ləng gedən futbolumuzun bir az da geriləməsinə, yaşıl meydanlardan kənar qalan futbolçularımızın istənilən performansı sərgiləməsinə əngəl olacağı dəqiqdir. Düzdü, bu problem daxili yarışlar üçün özünü o qədər də qabarıq şəkildə göstərməyəcək. Yəqin ki, əgər bu gün AFFA Premyer Liqanı sona çatdırmasa və "Qarabağ"ı çempion elan etsə, heç kim bunu ədalətsizlik kimi qəbul etməyəcək. Prinsipcə,  avrokuboklara vəsiqə qazanmaq üçün yarışan klubların da turnir cədvəlində uyğun pillədə qərarlaşması federasiyanın çempionatı hazırkı sıralamaya uyğun başa vuracağı halda yarana biləcək narazılığı da minumuma endirəcək. Bununla belə, avrokuboka dördüncü vəsiqənin "Sumqayıt"a verilməsi mübahisə mövzusu ola bilər. Çünki "Sumqayıt" kimi "Zirə"nin də 23 xalı var və yalnız şəxsi matçlara görə onlar beşinci yerdədir. "Sabah", "Səbail"in 20, "Qəbələ" isə 19 xal toplayıb. Çempionatın bitməsi 8 tur qaldığını nəzərə alsaq, onların da mümkün qərara etiraz etmək hüququ var. Amma məlum səbəblərdən həmin klubların da güzəştə gedəcəyi ehtimalı yüksəkdir. Düzdü, bunun fəsadları avrokuboklardakı nəticələrdə özünü göstərəcək, ancaq hazırda ölkədaxili yarışların perspektivləri çox qaranlıq göründüyündən avrokuboklardakı mümkün qeyri-qənaətbəxş nəticələr haqda indidən müzakirələr aparanların sayı çox deyil. İndiki halda əsas problem milli komandalarımızla bağlıdır. Xüsusən əsas yığmamızın baş məşqçi postunun boş qalması narahatlıq mənbəyidir.  Düzdür, hələ ötən ilin sonunda xorvatiyalı Nikola Yurçevuçlə yolları ayıran AFFA yeni baş məşqçi axtarışına başlamış və xeyli sayda əcnəbi mütəxəssislə danışıqlar aparmışdı, ancaq sonradan koronavirus problemi digər bir çox həllini gözləyən məsələ kimi yığmaya baş məşqçi təyinatını da arxa plana atmış oldu. Ancaq indiki çətin durumda yüksək maaş tələb edən xarici məşqçi ilə müqavilə bağlamaq riskli addımdır. Gəl ki, AFFA  rəsmilərinin yerli məşqçi ehtimalını birmənalı şəkildə istisna etməsi əcnəbi çalışdırıcı ilə anlaşılacağını deməyə əsas verir. Vaxt isə gedir. Unutmayaq ki, yeni çalışdırıcının təyinatına, onun ölkə futboluna uyğunlaşmasına, milliyə namizədləri tanımasına, öz oyun üslubunu yığma üzvlərinə aşılamasına da vaxt gedəcək. Gedən həm də ölkə futbolu olacaq. Bu dəfə geriyə...

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Koronavirus pandemiyası və vəkil etikası
10:4314 may

Koronavirus pandemiyası və vəkil etikası

Hər bir cəmiyyətdə qanunun aliliyinə hörmətin aşılanması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından vəkillərin davranışı xüsusi əhəmiyyət kəsb edir. Çünki, vəkil təkcə qanunun yol verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirmir, o, həm də ədalət mühakiməsinin

Pandemiya ilə mübarizədə  qlobal əməkdaşlığın paytaxtı
12:3013 may

Pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın paytaxtı

Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz "evinə çəkilməklə", əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda "pandemiya"