İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Prezident Sumqayıtdan danışarkən: "Bu, mənim çoxdankı arzum idi"

Prezident Sumqayıtdan danışarkən: "Bu, mənim çoxdankı arzum idi"

 

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdəki çıxışında Sumqayıt şəhərinin inkişafı ilə bağlı mühüm məqamlara toxunub.

Prezident İlham Əliyevin çıxışından bəzi məqamları təqdim edirik.

Prezident qeyd edib ki, bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır: "Mənə verilən məlumata görə, "Gilan Tekstil Park"da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim - azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə -dövlət ərazi ayırır".

Dövlətimizin başçısı vurğulayıb ki, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı: "Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir".

"Siz gəncsiniz, siz o illəri xatırlamırsınız. Ancaq sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni, Sumqayıt doğrudan da böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik. Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir", - deyə prezident qeyd edib.

Dövlətimizin başçısı qeyd edib ki, Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır: "Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Hazırda 2 saylı şəhər xəstəxanasının tikintisi gedir. Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Şəhərlər gözəli
18:2924 iyul

Şəhərlər gözəli

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında ölkə Prezidenti öz çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etdiyini bildirdi. Ötən

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha