İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Bakı-Sumqayıt yolu necə olacaq?

Bakı-Sumqayıt yolu necə olacaq?

Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və ləngimələrin aradan qaldırılması məqsədilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar" - "Masazır" dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır.

İşlər çərçivəsində "20 Yanvar dairəsi" ətrafında yaranan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün "20 Yanvar" metro stansiyanın "Azərsu" ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 metrə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və "Moskva" prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa "20 Yanvar dairəsi"nin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işləri aparılıb.

Magistral yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqamət üzrə 1 hərəkət zolağı enində genişləndirilib. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılıb. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb.

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan təpəcik ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayı 4-ə çatdırılıb.

Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) Bakı Beynəlxalq Avtovağzal Kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət sürəti yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunur.

Bakı Dairəvi-1 avtomobil yolu ilə Sumqayıt yolu və "20 Yanvar dairəsi" istiqamətinə geri dönməni təmin etmək məqsədilə yolun 1-ci kilometrində yeni geridönmə hissə yaradılır. Bundan başqa, eyni yolla Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsilə geridönmə yerinin yaradılması istiqamətində addımlar atılır. Bununla da "Yeni Yasamal" yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geridönmə əməliyyatı yerinə yetirməsinə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şosesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

Analoji addımlar Bakı-Sumqayıt yolunda da atılır. Belə ki, avtomagistralın təqribən 8-ci kilometrində yerləşən və dəmir yolu üzərində inşa olunmuş yolötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir göstərəcək.

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda "Xırdalan dairəsi" istiqamətində "Masazır dairəsi"nədək yolun, həmçinin "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır. Layihəyə uyğun olaraq hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılaraq çıxarılıb, əksdolğu aparılaraq yenidən kipləşdirilib və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilər üzrə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib.

Analoji genişləndirmə işləri "Xırdalan dairəsi"nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarları inşa edilib. Artıq tunelə gələn yolda, həmçinin tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılır, qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa edilir.

Bundan başqa yenidənqurma işləri zamanı "Xırdalan dairəsi"nə qalxan və düşən hissələrdə 2 hərəkət zolağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir. Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Bakı-Sumqayıt yolunun   genişləndirilməsi   nə vaxt başa çatacaq?
18:5718 fevral

Bakı-Sumqayıt yolunun genişləndirilməsi nə vaxt başa çatacaq?

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Bakı-Sumqayıt   yolundan istifadə   edənlərə ŞAD XƏBƏR
17:0225 dekabr

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks

Regionunun ən yüksək faydalı iş əmsalına   malik stansiyası Sumqayıtla əlaqələndirilib
15:2510 sentyabr

Regionunun ən yüksək faydalı iş əmsalına malik stansiyası Sumqayıtla əlaqələndirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda "Şimal-2" elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.