İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » Sumqayıtlıları narahat edən problem həllini tapır

Sumqayıtlıları narahat edən problem həllini tapır

Sumqayıt şəhərin ən böyük ekoloji problemlərindən biri olan "Acıdərə" kanalının boruya alınması işləri davam etdirilir. Kanalın şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb.

Sumqayıt şəhərində son illər bütün sahələrdə kompleks işlər görülür. Şəhərdə uzun illərdən qalan, sakinləri narahat edən problemlər köklü surətdə həll edilir. Şəhərinin əsas problemlərindən biri "Acıdərə" kanalı da artıq öz həllini tapıb. Dövlət başçısının tapşırığına uyğun olaraq hazirda "Aci dərə"  kanali qapali sistemə keçirilməklə yeni məcraya salınır.

Sumqayıt şəhərinin ərazisindən keçən "Acı dərə" kanalının qapalı sistemə salınmaq üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdır.

Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qeyd edək ki,  "Acı dərə" kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü.  Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alırdı. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.



Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!
15:3016 oktyabr

Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!

Sən Sumqayıtı çox sevirdin, Ata!.. Bəlkə də, oğlun və yaxın qohumların bu şəhərdə yaşadığına, ilk nəvən bu şəhərdə dünyaya göz açdığına görə. Tez-tez gələrdin Sumqayıta - bayramlarda, nəvələrinin ad günlərində... Sumqayıta gəlişin sənin üçün də, bizim üçün də toy-bayram olardı.