İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Deputat: "Sumqayıtda daha bir müəssisənin açılışı qeyri-neft sektorunun inkişafı ilə bağlı növbəti addımdır"

Deputat: "Sumqayıtda daha bir müəssisənin açılışı qeyri-neft sektorunun inkişafı ilə bağlı növbəti addımdır"



"Sumqayıtda tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının realizəsi baxımından əlamətdar hadisədir".

Bunu millət vəkili Emin Hacıyev deyib.


E.Hacıyev qeyd edib ki, müəssisənin açılışı Sumqayıtın sənaye potensialının inkişaf etdirilməsi və sumqayıtlılar üçün yeni iş yerlərinin açılması baxımından da əhəmiyyətlidir:

"Bu, ölkəmiz üçün yeni istehsal sahəsidir. Müəssisə daxili tələbatı ödəməklə yanaşı, ixrac edilən məhsullarımızın arasına daha birini əlavə edəcək. Koronavirus infeksiyasının yayılması ilə, məlum olduğu kimi, bütün dünyada dezinfeksiyaedici məhsullara, eləcə də tibbi maska və geyimlərə tələbat artıb.

Belə vəziyyətdə bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, tələbin artması ilə təklifin qiyməti də yüksəlib. Eyni zamanda, qıtlıq müşahidə edilməyə başlandı. Azərbaycan dövləti pandemiya ilə mübarizənin bütün cəbhələrində olduğu kimi, bu istiqamətdə də çevik qərar qəbul etdi və ən qısa zamanda yerli istehsalı təşkil etdi.

Bu, ölkəmizi idxal asılılığından, valyuta itkisindən xilas etməklə yanaşı, uzunmüddətli dövrdə ixrac səbətimizi də zənginləşdirdi. Nəzərə alsaq ki, bütün dünyada səhiyyə məhsullarına tələbat artacaq, biz bu sahədə istehsal müəssisələrinin qurulmasını strateji addım kimi qiymətləndirə bilərik.

Digər tərəfdən, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sumqayıtda açılan ikinci müəssisə sumqayıtlılar üçün yeni iş yerlərinin yaradılması deməkdir.

Dövlət başçısının da bildirdiyi kimi, bu müəssisədə çalışanların 95 faizi sumqayıtlılardır".

Millət vəkili qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizəni yalnız milli səviyyədə təşkil etmir, qlobal mübarizəyə də əhəmiyyətli dəstək verir:

"Azərbaycan dövləti əhalinin sağlamlığının təmin olunması istiqamətində effektiv addımlar atdı. Bu mənada inzibati qərarları, karantin rejiminin vaxtında tətbiqini, qısa zamanda laboratoriyaların, testlərin alınmasını, eyni zamanda, maska istehsalına başlanılmasını və s. qeyd etmək olar.

Ancaq bu faktı da mütləq deməliyik ki, Azərbaycanın bu bəla ilə mübarizəsi yalnız milli səviyyədə aparılmır, dövlətimiz bu baxımdan qlobal əlaqələndirici rolunda çıxış edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu mövzuya aid ilk zirvə görüşünün - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının videokonfrans formatında Zirvə Görüşünün təşkili, ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü qlobal əməkdaşlığa çağırış idi.

Dövlətimizin başçısı "qlobal təhlükəyə qlobal cavab" modelini təklif edir və özünəqapanmanın çıxış yolu olmadığını qeyd edir. Dövlətimizin Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizədə iki dəfə ianə ayırması da Azərbaycanın beynəlxalq həmrəyliyinin ifadəsi idi.

Bu günlərdə beynəlxalq təşkilatların, eləcə də ÜST-ün dövlətimizə həyata keçirdiyi missiyaya görə minnətdarlığı Azərbaycana beynəlxalq diqqətin və dövlətimizin nüfuzunun göstəricisidir".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan yüksək sıxlıqlı   polietilenin istehsalından nə qazanır?
11:2325 fevral

Azərbaycan yüksək sıxlıqlı polietilenin istehsalından nə qazanır?

"SOCAR Polymer"in Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən Yüksək Sıxlıqlı Polietilen zavodunun istifadəyə verilməsinin bir ili tamam oldu. Zavod gündəlik 330 ton, illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsal gücünə malikdir. Zavodda istehsal olunan məhsulun 25%-i daxili bazar,

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı
11:1517 mart

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı