İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Hansı məhsullar bahalaşıb?

Hansı məhsullar bahalaşıb?



Yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni aylarına nisbətən 103 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,1 faiz təşkil edib.


Dövlət Statistika Komitəsindən   bildirilib ki, cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, ötən ilin aprel ayına nisbətən 103 faiz olub. Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, keçən ilin aprel ayına nisbətən 106 faiz təşkil edib. 

Aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, kəsmiyin, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, şabalıdın, kələmin, balqabağın, bibərin, çuğundurun, yerkökünün, sarımsağın, kartofun, mərcinin, şəkər tozunun, qəhvənin, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, bananın, qozun, fındığın, xiyarın, pomidorun, göyərtinin, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayına nisbətən 100,1 faiz, əvvəlki ilin aprel ayına nisbətən 101,3 faiz təşkil edib. Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yağlı boyaların, polietilen su və kanalizasiya borularının, laminat parketin,xalçaların, kondisionerlərin, tozsoranların, mikrodalğalı sobaların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, pambığın, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyator və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, mətbəx üçün mebel dəstlərinin, mobil telefonların, yazı kağızlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb. 

Apreldə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, ötən ilin aprel ayına nisbətən 100,4 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kilovat/saatdan 400 kilovat/saatadək artırılması olub. Nəticədə elektrik enerjisinin orta qiyməti cari ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5 faiz aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.


Rəy bildir +
Oxşar xəbərlər
Ucuzlaşan və bahalaşan istehlak məhsullarının SİYAHISI
11:0115 sentyabr

Ucuzlaşan və bahalaşan istehlak məhsullarının SİYAHISI

Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin

Bu məhsullar   bahalaşıb
18:5020 fevral

Bu məhsullar bahalaşıb

2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Qazlı şəkərli içkilərin orqanizmə zərərləri
17:2526 iyun

Qazlı şəkərli içkilərin orqanizmə zərərləri

Son dövrlər qazlı şəkərli içkilərə tələbat artır. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər. Odur ki, mütəxəssislər sözügedən içkilən istehlakının minimuma endirilməsini tövsiyə edirlər.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib