İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Məmurlardan müsadirə olunan sərvətin aqibəti necə olacaq?

Məmurlardan müsadirə olunan sərvətin aqibəti necə olacaq?

 

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının icra hakimiyyətləri binalarında keçirdikləri əməliyyatlar medianın və sosial şəbəkələrin əsas gündəmidir. Onların vəzifədə olduqları müddətdə əldə etdikləri mülklərin də siyahısı yayılır və müxtəlif rəylər yazılır. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdən aşkarlanan paketlənmiş külli miqdarda pulu və oğluna aldığı bahalı avtomobillər daha çox paylaşılaraq, izləyicilərin sərt tənqidinə məruz qalıb.

Maraqlıdır, görəsən, vəzifədən uzaqlaşdırılan məmurların və digər şəxslərin cinayət yolu ilə qazandıqları dəyəri milyonlarla ölçülən əmlaklar və milyonlarla nağd pullar onlardan necə müsadirə olunur?

Tanınmış hüquqşünas Adəm Məmmədov Lent.az -a bildirdiyinə görə, əldə olunan bütün vəsait dövlət büdcəsinə yönəldilir:

"Cinayət yolu ilə əldə olunan bütün əmlaklar dövlət büdcəsinə köçürülür. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əldə olunan əmlak barədə məhkəmə qərar verir. Əgər o cinayət yolu ilə əldə olunubsa, cinayətin predmetidirsə, məhkəmənin qərarından sonra icra məmurlarına göndərilir. Mülk haradadırsa, iş də həmin ərazinin icra məmuruna ünvanlanır. Daha sonra icra məmuru tərəfindən qiymətləndirmə keçirilir. Qiymət təyin olunduqdan sonra hərraca qoyulur və satışa buraxılır. Əgər alıcı olmasa, qiymətlər lazımi səviyyəyə qədər endirilir. Hərracda satılan əmlakın pulu dövlət büdcəsinə əlavə edilir".

Həmsöhbətimiz hərraca kimlərin buraxılıb-buraxılmayacağına da aydınlıq gətirib.

"Birinci keçirilən hərracda iki nəfər, ikincidə isə bir nəfər iştirak etdikdə, hərrac baş tutmuş sayılır. Qanunvericiliyə əsasən, əmlakı ələ keçirilən dövlət məmurunun qohumlarının hərracda iştirakına qadağa qoyulmur. Yəni, pulu varsa, iştirak edə bilər. Amma ağlabatan deyil ki, hansısa vəzifədən kənarlaşdırılan məmurun qohumu gəlib onun əmlakının hərracında iştirak etsin. Öz ailə üzvləri, bacısı, qardaşı və digərləri qorxusundan heç ona yaxın durmazlar. Məhkəmənin qərarı olmadan bu istiqamətdə heç bir iş görülə bilməz. Belə məsələlərə birinci instansiya ağır cinayətlər məhkəməsi baxır. Çünki rüşvət, korrupsiya və digər ağır maddələr olduğu üçün, bu işlər də ağır və xüsusilə ağır olaraq qiymətləndirilir".

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı
11:1517 mart

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı

Daha çevik   və əlçatan!
18:0224 sentyabr

Daha çevik və əlçatan!

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkədə mühüm dəyişikliklər baş verdi, bazar iqtisadiyyatına keçid başlandı, sahibkarlıq fəaliyyətinin inkişaf etməsinə təkan verildi və mülki münasibətlərin yeni hüquqi müstəvidə irəliləməsində əsaslı dönüş yarandı.

Sumqayıt hadisələrindən 32 il ötür
11:3028 fevral

Sumqayıt hadisələrindən 32 il ötür

Sumqayıt hadisələrindən 32 il ötür. AZƏRTAC xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Əsrlərboyu qonşuluqda