İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Dünya iqtisadiyyatının tarixdə ən böyük çöküşü

Dünya iqtisadiyyatının tarixdə ən böyük çöküşü

BBC News-dan Financial Times-ın ötən həftədəki konfransı zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Kristalina Georgiyevnanın çıxışının qısa məzmununu oxucularımıza təqdim edirik.

"Koronavirus dünya iqtisadiyyatını xirtdəyindən yapışaraq boğmaqdadır. Bu, nətəcəsiz ötüşməyəcək; Yüz il öncəki Böyük Depressiya zamanından bəri bu, ən böyük tənəzzül olacaq, xilası üçün isə 9 trilyon dollar lazım gələcək" - bu qorxulu proqnozu BVF bir qədər öncə vermişdi, amma bir ay sonra səhv etdiyini anlamışdı. Çünki tənəzzül daha böyük miqyas almaqdadır. Əgər tibb virusa qalib gələ bilməsə iqtisadiyyat daha böyük zərbə alacaq.

BVF iqtisadçıları Qərb karantin qərarı verdikdə çox məyus oldular. Apreldə onlar tezliklə bu bəladan qurtulmağa inamlarınıitirib cari ildə dünya iqtisadiyyatının 3 %-li çöküşünü hesabladılar. Halbuki, bu ilə 3%-li artım proqnozlaşdırılırdı. Demək, itkinin miqyası 6 %-ə bərabər olacağı proqnozlaşdırılırdı. Və şərt də var idi, əgər virus ikinci dalğa ilə qayıtmasa. Amma aprelin sonları və mayın əvvəlləri biz dəhşət içində verdiyimiz proqnozun puç olacağını hiss etməyə başladıq. Çox güman, iyunda biz öz proqnozumuzu təzələyəcəyik. Və indidən aydındır ki, pis xəbərlər gözləniləcək.

Hazırda dünyanın 3 ən böyük iqtisadiyyatı, o iqtisadiyyat ki, dünya istehsalı və istehlakının yarıdan çoxunu əlində cəmləyir, tarixin ən böyük çöküşünü yaşayır. Çinin iqtisadi aktivliyi yarım əsr ərzində ilk dəfə azalıb. ABŞ-ın iqtisadiyyatı tam büdrəyib. Ölkədə işsizlik Böyük depresiyya və iki dünya müharibəsi dövrü rekordlarını da vurub keçib. Avropa İttifaqı isə öz mövcudiyyatından üzü bəri hələ belə tənəzzül keçirməmişdi.

Koronavirusun vurduğu ziyanın masştabı o qədər böyükdür ki, bütün əvvəlki dövrlərin tənəzzülləri daha gülünc görünür. Hazırki depressiya Böyük Karantin adlanır və onun fəsadları hədsiz çox olacaq. Öncəki tənəzzüllərdə dünya pul siyasətini yumşaltmaq yolu tutdu, yeni pul kütləsi çap olundu. Amma indi vəziyyət daha gərgindir, çünki bəla kapital çatışmazlığında deyil, bəla virusun gətirdiyi məhrumiyyət və qadağaların həyatı iflic vəziyyətinə salmasıdır.

Karantindən sonra dünya ölkələri öz xəzinələrindən zərəri kompensasiya etmək üçün 9 trilyon dollar ayırmaq məcburiyyətindədirlər, artıq razılığa gəlinib, bu son xəbərdir.

Karantindən sonra hamı əvvəlkindən çox, getdikcə daha da çox xərcləməlidir ki, çökmüş iqtisadiyyat dirçəlsin. Böyük pullar heç kəsdə yoxdur, borc götürmək lazım gələcək. Hesabları isə gələcək nəsillər ödəyəsi olacaq. Üstəgəl, gələcək nəsilər böyüdülmüş vergilər və böyük inflyasiya şəraitində yaşamalı olacaqlar, bu da var. Kəsəsi, çox kədərli proqnozlardır.

İnkişaf etmiş ölkələr kreditorları asan tapacaq, amma digərlərini COVİD-19 çox çıxılmaz vəziyyətdə qoyur. Ağır illərdə pullar inkişaf etmiş bazarlardan qaçır, indi həmin dövrdür. Kapitalın axması devalvasiya gətirir, yeni və əvvəlki borcların qiymətini artırmaqla onsuz da talan olmuş büdcəni əlavə təzyiqə də məruz qoyur. Nəticədə, inkişaf etməkdə olan, amma çox da varlı olmayan Hindistan, Meksika və Rusiya kimi ölkələr daha böyük ziyan çəkəcəklər. BMT bu sayaq ölkələrçün 2,5 trilyon dollarlıq antikrizis paketi yığmaq barədə çağırış da edib. Amma bu məbləğ də azlıq edəcək.

Hazırda aprel statistikası nə göstərir? ABŞ, Avrozona, Böyük Britaniya və Yaponiya Mərkəzi banklarının likvidləşmə təsiri altında investorlarda risk iştahı yaranıb, kapital inkişaf etmiş bazarlara qayıtmağa başlayıb. Amma təəssüf ki, bu, müvəqqəti  yüngülləşmədir. Gələcək tam virusla mübarizədən asılıdır. O, yeni qüvvə ilə qayıtsa, çöküşün miqyasını təsəvvür etmək belə mümkün olmayacaq. BVF-in isə hadisələrin bu cür gedişat almasından narahatlığı var və bu narahatlıq da kifayər qədər çoxdur.

O ki qaldı karantinin nə zaman bitməsinə, hazırki durumda Avropa Asiyaya baxmış daha ehtiyatlı görünür. Üstəlik, tam masştablı testləşmə, kontaktların izlənməsi, yoluxma ocaqlarının izolyasiyası baxımından Avropa Asiyaya xeyli uduzur. Asiyaya da, Avropaya da karantin çox ciddi iqtisadi və psixoloji zərbə vurur. Amma ehtiyatlı hərəkər etmək lazımdır, tələsmək olmaq. Bu, sonda fəlakətin masştabını artırar.

Tərcümə etdi və çapa hazırladı: Kənan Məmmədli

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Dünyanın ən bahalı və ən ucuz 10 valyutası
18:3321 iyul

Dünyanın ən bahalı və ən ucuz 10 valyutası

Dünyada yüzlərlə milli valyuta var: hər ölkə daxili ticarətində öz milli valyutasından istifadə edir. Əsrlər boyu zaman-zaman bu valyutaların dəyəri artıb-azalır. Hər bir milli valyutanın alıcılıq qabiliyyəti nə qədər yüksəkdirsə, onun dəyəri də bir o qədər yüksək qiymətləndirilir. Milli