İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Ölkədə hansı struktur islahatları ola bilər?

Ölkədə hansı struktur islahatları ola bilər?

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan rəhbər kadrları son vaxtlar bir-birinin ardınca həbs etməkdədir.

Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçısı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Bir neçə gün öncə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...

5 icra başçısının ard-arda "çiçək açan" əməlləri bir məsələni də gündəmə gətirib. İcra Hakimiyyətlərinin ləğv edilməsi, yeni strukturun, yaxud da quberniyaların yaranması ideyalarının ortaya atılması bir növ günün tələbinə cavab kimi qiymətləndirilir.

Digər bir məqam isə İcra Hakimiyyətlərinin səlahiyyətlərinin əllərindən alınaraq bələdiyyələrə verilməsi ilə bağlıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc birmənalı olaraq quberniyaların yaranmasını məqsədəuyğun hesab etməyib:

"İcra Hakimiyyətlərini vilayət, mahal, quberniya mərkəzləri kimi görmürəm. Çünki bu Azərbaycanın unitar quruluşunu zərbə altına qoymuş olar. Bəlkə də onların fəaliyyətinin həyata keçirilməsi üçün digər hüquqi qanunvericilik aktlarından istifadə etmək daha doğru ola bilər".

Zahid Oruc İcra Hakimiyyətlərinin heç də bələdiyyələrə verilməsi ideyasını da müsbət qarşılamayıb:

"Düşünmürəm ki, yerli hakimiyyəti   bələdiyyələrə tapşırmaq lazımdır. Yerli hakimiyyəti avtomatik olaraq bələdiyyələrə verməklə "hər məsələ öz həllini tapacaq" deyə düşünmək doğru olmaz. Çünki oraya da səriştəli kadrları gətirmədən, güclü nəzarət mexanizmi yaratmadan, maliyyələşmə işini şəffaf qurmadan nə fərqi var ki, vətəndaşların haqlarını İcra Hakimiyyəti tapdalasın, yaxud da, bələdiyyə orqanları?! Nəzərə alaq ki, bəzi problemlər müəyyən qədər sovet dövrünün mirasıdır. Qarabağ müharibəsinin ağır nəticələri öz-özlüyündə bir sıra hallarda icra hakimiyyətlərinin belə domenant, aparıcı rol oynamağına yol açdı. Ağır humanitar tələblər, insanların sosial ehtiyacları canlı mexanizmlərlə problemlərin həllini xeyli çətinləşdirmiş oldu. İnsanlar ev növbəsinə duranda, hər hansı texnogen qəza olduqda yenə də İcra Hakimiyyəti orqanlarından kömək istəyirlər və sairə.

Kütləvi olaraq bütün xəstəxanaların, məktəblərin hamısını yerli şəxsə verməyə vadar edəndə, o artıq idarəçilik olmayacaq. Çünki bütün ideallar orada satılmış olacaq. Düşünürəm ki, islahatları apararkən son dərəcə ehtiyatlı və planlı addımlar atılmalıdır. Bundan ötrü mühüm dövlət proqramlarına çox ciddi ehtiyac var. Eyni zamanda, müxtəlif ölkələrin təcrübələrinə baxılmalı, oxşar və fərqli cəhətlər analiz edilməlidir. Bir daha söyləyirəm. İnsanları qətiyyən xəyal qırıqlığına uğratmaq olmaz. Bəllidir ki, bir sıra hallarda bələdiyyələr icra hakimiyyətlərinin kölgəsində, təsiri altında qalıblar. Ona görə də onları ictimai rəydə müdafiəyə ehtiyacı olan biri kimi də görmürlər. Heç bir anlama gəlməz ki, bütün səlahiyyətləri onlara verəndə bölgənin yükünü daşıya biləcəklər".

Zahid Oruc vurğulayıb ki, əgər o qurumların binası və orada təmsil olunan insanlar  konkret olaraq özlərində dövləti təcəssüm elətdirmirlərsə, insanlar onlara ikrah hissi ilə yanaşır:

"Digər tərəfdən isə rayon mərkəzində formaşalan gənc nəsil ali təhsil alan insanları oz idealları kimi seçərək irəliyə doğru can atmalıdırlar. Kadr məsələsində ucalmalıdırlar. Gəlin araşdırma edək. Görək o insanlar bölgələrdə öz nüfuzları ilə fərqlənirlərmi?! Xeyr. Ən ucqar məclis yerində də xeyli bədgüman söhbətlər cərəyan edir. Bu da dövlətin dayaqlarına zərbə vurur.

İndi hökumət yenidir. Digər hakimiyyət qollarından xeyli fərqlənir. Adətən keçmişdə oliqarx təmsilçiləri, burjuaziya nümayəndələri biznes sahəsində geniş yer tuturdular. Məmur biznesi haqlı rəqabət yaradırdı. Bu gün isə DTX-nın həyata keçirtdiyi məlum həbs əməliyyatları xalq tərəfindən coşquyla, inamla qarşılanır".

İctimiayyətlə əlaqələr üzrə menecer İlham Məmmədov qeyd edir ki, icra strukturlarının nüfuzuna xələl gəldiyindən, əks tədbirlər qaçılmazdır: "Uzaq keçmişdə olmayan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin təcrübəsi bu istiqamətdə tətbiq oluna biləcək optimal variantlardan biridir. Belə ki, aşkar edilmiş hallar həticədə Milli təhlükəsizlik naziri və komandası vəzifədən uzaqlaşdırılaraq həbs edildi, qurumun özü isə ləğv edildi. Bu ictimai nüfuzu zədələnmiş bir təşkilat üçün ən uyğun və doğru addım idi.

Daha sonra ictimaiyyətdə zədələnmiş nüfuzu malik bir dövlətin təhlükəsizliyini qoruyan təşkilatın yenidən fəaliyyəti əvəzinə, yeni, sağlam və sadiq bir komanda bazasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bütün bunlar isə PR texnologiyası konsepsiyasında baş vermiş ən doğru addımlar idi.

Eyni halı hesab edirəm Mərkəzi və Yerli İcra Hakimiyyətləri strukturunda da tətbiq etmək lazımdır. Ötən bir neçə ay ərzində baş verənlər, Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və onun komandasının görəvdən alınması böyük bir təmizləmə işinin başlanğıcından xəbər verirdi".

Bəs görəsən zədələnmiş İcra Hakimiyyətləri strukturunun imicini, korporativ nüfuzunu necə bərpa etmək olar?

Ekspert deyir: "Təklif edərdim, Sovet rejimindən qalmış İcra Hakimiyyətləri orqanları ləğv edilərək, dünya təcrübəsinə müraciət edilsin, inkişaf etmiş ölkələrin daha müasir və çevik idarə edilə bilən strukturu yaradılsın. Bir sözlə bu qurumların rebrendinqinə ciddi ehtiyac var. Bütün bunların möhkəm hüquqi bazası ilə yanaşı institusional bazası da olmalıdır ki, həmin qurumların rəhbərləri bu prinsiplər əsasında seçilməli və ya təyin olunmalıdır.

Əminəm ki, ictimaiyyətdə çox da müsbət imici olmayan Yerli İcra Hakimiyyəti orqanlarının nüfuzunun bərpası üçün bu addım öz töhfəsni verəcək".

Yeri gəlmişkən, onu da nəzərə alaq ki, öz vəzifələrini məsuliyyətlə yerinə yetirən icra başçılarımızda var.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
16:3124 dekabr

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Təbii ki, həftənin ən gurultulu hadisəsi Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun həbsi oldu. İlkin məlumata görə, bu şəxslər Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən yaxalanıblar. Sonrakı məlumata görə isə Maliyyə Nazirliyi bir müddət

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı
11:1517 mart

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı
11:5507 noyabr

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı

X ə b ə r verdiyimiz kimi , se ç icil ə rin mill ə t v ə kill ə ril ə daha asan ə laq ə qura bilm ə l ə ri üçü n Milli M ə clisin r ə smi veb - s ə hif ə sind ə mobil n ö mr ə l ə r yerl ə ş dirilib .