İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » 500-lük vilyamlar

500-lük vilyamlar

Artıq 500 ilə yaxındır ki, dünyanın teatr səhnələrindən düşməyən Vilyam Şekspiri bu günlərdə daha çox yad etdik. Məsələ burasındadır ki, onun adaşı  - İmişli icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin tamaşası ingilis yazıçınınkı qədər uzunömürlü olmayacaqsa da, olduqca maraqla qarşılandı. 500 avroluq paçkalar, maşınlar, qadın ayaqqabısı və s. 

Dövlət vilyamları təmizləməyə başlayıb, bu, tamaşa filan deyil, amma kim rolunu düzgün dərk etməyib və dürüst icra etməyibsə, mütləq səhnəyə çıxacaq.

***

Tamaşadan, səhnədən söz düşmüşkən, ötən həftə buna cavabdeh olan nazirlikdə də əməliyyata şahidlik etdik. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı.

Əməliyyat həm də onu göstərdi ki, KİV-də və sosial mediada yeni dalğanın icra hakimiyyətlərinə qarşı yönəldiyi barədə qənaət yanlışdır, dövlət şəffaf işləməyən bütün orqanlarda amputasiya əməliyyatları aparacaq.

***

Pandemiyanın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni çağırışlar yaratdığı aydındır. Bu günlərdə Təhsil Nazirliyi və DİM rəhbərliyinin iştirakı ilə Operativ Qərargahın mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirildi. Ancaq suallar əsasən cari məsələlərlə bağlı idi: ali məktəblərə qəbul imtahanı nə vaxt olacaq, necə keçiriləcək, buraxılış imtahanları, ali məktəblərdə semestr imtahanları və s. necə təşkil olunacaq? Ancaq bu sahədə ən vacib, uzunmüddətli dövrdə əhəmiyyətli olacaq məsələlərdən biri də distant təhsilin ölkənin bütün təhsil ocaqlarında fundamental şəkildə təşkili ilə bağlıdır. İxracyönümlü siyasətin prioritet olduğu indiki dönəmdə niyə də universitetlərimiz distant təhsilin ixracı ilə məşğul olmasınlar?!

***

Belə görünür ki, təhsil sahəsinin daha bir istiqamətində yeniliklər müşahidə edəcəyik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "Jalal-İ" tədris mərkəzində yoxlama aparıb. İstintaqla mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Rəsmi məlumatın detallarına varmadan deyə bilərik ki, artıq repetitorlar və kurslar üçün də yeni mərhələ başlayır. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə bu sahədən də yan keçməyəcək, bir VÖEN-lə, işçiləri rəsmiləşdirmədən şirkət sahibi olmaq dövrü geridə qaldı.

***

Son günlərin ən yaddaqalan açıqlamalarından biri isə Belarus prezidenti Aleksandr Lukaşenkodan gəldi. "COVİD-19"la bağlı əhaliyə xəbərdarlıq edən prezident kişilərə başqa qadınlarla öpüşməməyi tövsiyə edib. Lukaşenko kişilərə, "bir ay səbr edin" deyib. "Bir kişi bir qadını öpübsə, onunla davam etsin. Başqa qadınlarla təmasda olmasın. Bir ay səbr etsin" deyə prezident bildirib.

İnsafən, Belarus prezidenti humanist mövqe nümayiş etdirib, həqiqətən bir ay nədir ki...


Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...
18:4716 oktyabr

"Səsimə səs verən tapılmadı…" Azərpaşa Nemətova səslənirəm ki...

Bu gün Qonaq Otağında Sumqayıt Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Cəlal Məmmədovdur.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Sumqayıt Teatrı   "Solğun çiçəklər"i dirçəltdi
09:2511 oktyabr

Sumqayıt Teatrı "Solğun çiçəklər"i dirçəltdi

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru