İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Realist, yoxsa xəyalpərəstsiniz?

Realist, yoxsa xəyalpərəstsiniz?

1) Uzaq bir nağıllar aləmində yaşamaq istərdinmi?

A) Hə, yaxşı olardı ( 1 )

B) Yalnız tətil zamanı ( 2 )

C) Yox, mənə burda da yaxşıdır ( 3 )

2) Sən bütün pullarını hansısa lazımsız, amma gözəl şeylərə xərcləyə bilərsən mi?

A) Ola bilər, onun keyfiyyətindən asılıdır ( 2 )

B) Yox, heç vaxt (3 )

C) Hə, əlbəttə ( 1 )

3) Az və gec maaşı verilən, lakin çox maraqlı bir işlə məşğul olardın?

A) Yox ( 3 )

B) Bəlkə də, əgər iş doğurdan da maraqlıdırsa, pul vacib deyil ( 1 )

C) Şeflə danışardım ki, iş də əldən getməsin ( 2 )

4) Hansı tip insanlarla birgə kollektivdə çalışardın?

A) Mehriban və xeyirxah ( 1 )

B) Əla mütəxəssislə ( 3 )

C) Həm şəxsi, həm də mütəxəssis keyfiyyətləri yüksək olan ( 2 )

5) Xəyallara tez-tez dalırsınız?

A) Bəzən, amma əvvəllər daha çox ( 2 )

B) Hə, hər zaman… ( 1 )

C) Yox, məncə bu mənasızdır ( 3 )

6) Insanlara etibar edirsiniz?

A) Əlbəttə ( 1 )

B) Hərdən ( 2 )

C) Çox az hallarda ( 3 )

7) İnsanlar gərək öz xoşbəxtliklərini əldə etsinlər

A) Xoşbəxtlik özü gələcək ( 1 )

B) Xoşbəxt olmaq üçün gərək əziyyət çəksinlər ( 3 )

C) Sadəcə təkan verməliyik (2)

8) Oxuduğun ədəbiyyatlar içində hansısa qəhraman olmaq istərdin?

A) Yox, mən ki, uşaq deyiləm (2)

B) Yox, özüm olmaq istərəm (3)

C) Hə, elə bir idealım var (2)

9) Inanırsınız ki, arzular gerçəkləşir?

A) Hə (1)

B) Ola bilsin (2)

C) Yox, uydurmadı (3)

10) Sizin şefiniz dünən sizə qarşı kobud rəftar edib, lakin bugün üzünüzə gülür, çay içməyə dəvət edir. Sizcə niyə?

A) Yaltaqlanır… mənim işimi əlimdən almaq istəyir (3)

B) O bilir ki, mənimlə dost olmaq yaxşıdır (2)

C) O, bu üsulla üzr istəyir (1)

TƏLİMAT: seçdiyiniz variantların qarşısındakı rəqəmləri toplayın və nəticəyə baxın.

NƏTİCƏ : 

10 - 16 bal arası: siz zərif bir insansınız. Belə qənaətə gəlmək olar ki, siz reallıqdan çox xəyallarla yaşayırsınız, lakin möcüzələrə inamınız bəlkə də sizi sudan quru çıxartmağa kömək ola bilər. Istəyinizə nail olmaq üçün çətinliklərdən qorxmayın və ayıq olun! Qarşınıza məqsəd qoyun və ona nail olacağınıza inanın!

17 - 23 arası: qəlbinizin dərinliklərində siz dünyada romantikanın çox  olmasını istəyirsiniz, lakin dünya ilə ayaqlaşmaq üçün onun qaydalarına riayət etməli olursunuz. Amma çalışın ki, ara - sıra fantaziyalara da zaman ayırasınız.  Onda həyat daha rəngarəng olar.

24 - 30 arası: siz realistsiniz! Özü də təpədən dırnağa qədər. Durduğunuz yerdən bərk yapışmısınız. Hər şeyə çəhrayı pərdə arxasından baxan insanları isə heç anlamırsınız. Deməli sizin həyatınızda ideallar və arzularla birgə göylərdə uçmağa meyil yoxdur. Amma arzulamağın insan orqanizminə faydası çoxdur. Ara - sıra xəyal qursanız yaxşı olar. Bu həyatı asanlaşdırır.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində oxuyurdu, o zamanlar mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik. Getdik universitetə ki, tələbələr arasından seçim edək.