İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » On birinci sinif şagirdinin intiharı

On birinci sinif şagirdinin intiharı

Amin Namazlı

Mən Namazlı Amin (Amin Xan) Sumqayıtda doğulmuşam (17.09.04) və yaşayıram. Sumqayıt istedad liseyinin 10-cu sinif şagirdiyəm. Ədəbiyyata Xan Rəsuloğlunun köməyiylə gəlmişəm. Onlarla nəsr və nəzm əsərinin müəllifiyəm. Əksər yazılarım məhz karantin dövründə yazılıb. Bu səbəbdən bəzən mənəzarafatla karantin yazıçısı, karantinin ədəbiyyata gətirdiyi də deyirlər. Maksimum faydalanmağa, öyrənməyə, öyrətməyə, bildiklərimi oxuculara çatdırmağa çalışıram. Hər bir oxucum da qəzetinizin fanatıdır. Salamlarımı çatdırıram.
Sizə "İntihar" adlı janrsız hekayəmi təqdim edirəm.
Əsər gənc yaşda intihar edənlərə həsr olunub və intiharın səbəbini bəndəniz tapmağa çalışıb. Xoş mütaliələr.

Qorxmadım heç bir gün,
Ayrıldım həmişə sürüdən,
Hər qəzanı-bəlanı
Saydım təcrübədən.
Türk mahnısından

Mən Sumqayıtda N saylı orta məktəbin 11-ci sinfində oxuyuram. Əgər məktəbə məktəb demək olarsa. Oğlanlar 8-9 da oxuyandan "kişiliklərini" sübut etmək üçün siqaret çəkməyə başlayırlar. Bu, onların aləmində "artıq valideyn nəzarətindən kənarda yaşaya bilərəm" mənasına gəlir. Çəkdikləri siqaretin pulunu isə atalarının minbir zəhmətlə və ya məktəbin qabağında tanışlardan, aşağı siniflərdən xahiş-minnət və ya məcburən alınan qəpiklər və manatlarla   verilməsi isə  onların vecinə deyil. Uşaqlar uşaq ikən xislətlərini formalaşdırırlar. Çoxlarının xasiyyət və xisləti isə valideynlərindən keçir. Uşaq vaxtı qayğısız olurlar. Bəs görək belə gəncləri hansı cəmiyyət formalaşdırır? Oğlanlar 2-3 də oxuyandan həyətdəki "kruqa"düşürlər. Hər dəstədə bir başbilən, hər-şeyə qərar verən olur. Halbuki,o da həmin uşaqlarla ya yaşıd, ya da 1-2 yaş böyük olur. Heç kim onun hakimiyyətini sorğu-sual edə bilməz. Həmin uşaq bu dəstənin səlahiyyətli monarxı hesab olunur. Bu dəstələr hamısı birləşəndə məhəlləni formalaşdırır. Məhəllədə isə baş monarx tipli uşaq olur ki, məhəllənin müqəddəratını onlar müəyyən edirlər. Hakimiyyət hərisliyi, yaltaqlıq məhz uşaqlıqdan başlayır. Böyük monarxlara yaxın olanlar onların ətrafında fırlanır, yaltaqlıq edir, lazım gələndə ordu yığır, məhəllələr arası davalar üçün hətta vergi də toplayırlar. Adətən dəstə monarxları da böyük monarxın yaxınlarından seçilirlər. Kim zəifdirsə, atası varlıdırsa, məhəllə hakimiyyət nərdivanında aşağı pillədə yer tutursa vergi verməli olur. Vergiləri vaxtı-vaxtında verən, sözə baxanlar hakimiyyət pilləsində yavaş-yavaş qalxırlar. Vay o günə ki, hakimiyyətə qarşı müxalif mövqe sərgiləyib monarxı pisləyəsən. Heç bir hakimiyyətdə olmasan təzyiqə məruz qalırsan. Hər fürsətdə döyülür, söyülürsən. Zibil atmağa belə qorxaraq gedirsən...

Uşaq vaxtı əslində oynamırsan, oyun adı ilə maskalanan köklü bir sistemə daxil olur və cəmiyyətdə olduğu kimi özünə yer axtarmağa başlayırsan. Kimin valideyni səhlənkardırsa tərslikdən həmin kolbasa-çörəklə, cipsləböyüyən, çöldə qar-qış demədən atılıb-düşən uşaq daha sağlam və iri cüssəli olduğu üçün yüksək mövqedə qərar tutur. Kimin ki, valideyni məsuliyyətlidirsə, tez-tez onu səsləyirsə, o, ən aşağı mövqedə yer alır və "anaquzusu" damğası alır. Həmin dövrdə sən söyüşlə, monarxın hakimiyyəti ilə siqaret çəkənlərin hörmətli olduğunu görərək siqaret çəkməyə başlayırsan. İlk dəfə o addımı qorxaraq atırsan və bilmirsən ki, çıxılmaz bir yola girirsən. Evdən aldığın pulla bir ədəd siqaret və saqqız alıb, dəstə monarxının və ya böyük monarxın köməkçilərinin köməyiylə hansısa qarajın arxasında, sakit dalanda,yeni tikililərin həyətində ilk siqaretini çəkirsən. İlk dəfə həyəcan qarışıq təcrübəsizliklə boğulma həddinə gəlirsən. Sonra saqqızıçeynəyib əlllərini torpaqlayırsan. Bunları isə baxaraq, müşahidə edərək öyrənmişəm. Həyətdə kimin telefonu varsa və telefonu həyətə gətiribsə hamı onun başına yığılır və hərə bir dəfə oynamaq üçün sıraya girir. Kim güclüdürsə ilk onlar oynayırlar. Yox əgər onlara verməsən, məcbur əlindən  alacaqlar, səni döyəcəklər, söyəcəklər, təzyiq göstərəcəklər. Get-gedə sənin musiqi zövqünü də həyətdəkilər müəyyən edəcək. Hamı kimi sən də avara, mənasız repə, ara musiqisinə qulaq asmağa başlayacaqsan. Mən hər zaman demişəm ki, insanı musiqi formalaşdırır. Dinlədiyin musiqidən asılı olaraq davakar, sakit, dəli-dolu, mədəni, aristokrat olub-olmayacağın bilinir. 

Artıq böyüdükcə daha da böyük bataqlıqlığa daxil olursan. Get-gedə yumruqlar bıçağa və başqa soyuq silahlara çevrilir. Artıq telefona baxan uşaqlar gedir yerinəöz dava macəralarını, adam bıçaqlamalarını danışan uşaqlar gəlir. Artıq mikrarayonlar, məhəllələrarasıəlaqələr başlayır. Bir-neçə qoluzorba uşaq (xoşməramlı səfir) digər məhəllə və mikrarayonlarda yaşayan monarxların elçiləriylə görüşərək məhəllələrarası futbol turniri təşkil edirlər,  sülh və güc göstərmə, sınama danışıqları başlanır. Məhəllələrarası futbola ən yaxşı oyunçular dəvət olunur. Təhlükəsizlik maksimum səviyyəyə çıxarılır ki, birdən dava düşər. Adətən davalar da düşür. Davalarda hamı məhəlləsinin adıüçün ürəklə vuruşur və digər məhəllənin hakimiyyətini ələ almaq istəyir. Təbii, hər müharibənin qalibi və məğlubu olur. 

Bu intriqalar məktəbdə ikinci mərhələyəçatır. Məktəb dəuşaq şəxsiyyətini formalaşdırır. Məktəbdə uşaqlar təbəqələrə bölünür: zəif-güclü, oxuyan-oxumayan və.s. Burada da məhəllədki kimi monarxiya rejimi hökm sürür. Sadəcə burada tək fərq bu hakimiyyətin konstitusiyalı monarxiya olmasıdır. Buradakı hakimiyyət müəllim qorxusu və vaxt limitiylə sərhədləndirilib. Monarxın hakimiyyəti yalnızca tənəffüsdə, müəllim sinifdə olmayanda, müəllimlər iclası zamanı, məktəb çıxışı ilə məhdud olur. Burada zəifliklər üzə vurulmuşcasına üzə vurulur. Çox fərqli bir formada səni biabır etməyi, insanların gözündən salmağı bacarırlar. Sual: - Bəs mənim hekayəm nədir? Mənim hekayəm isə belə başlayır. Mən hər zaman müşahidə edən tərəf olmuşam. Bir zamanlar mən də hamı kimi onların təsirinə düşmüşdüm. Amma bu təsirdən analitik düşünmə bacarığım sayəsində fədakarlıqlarla çıxa bildim. Amma xislətən zəif olduğum üçün və məhəllə monarxına müxalif çıxdığım üçün hər zaman ciddi təzyiqlərə məruz qalırdım. Təbii, özlüyümdə pis olurdum. Ən azından mən də uşaq idim və mən də oynamaq istəyirdim. O gün uşaqlığımı öldürdüm və uşaq simasında böyüyə çevrildim. Amma məktəbdə məğlub oldum. Çünki həyətə məcbur olmadıqca düşməyə bilirdim, amma məktəbə getməyə məcbur idim. Üsyankar təbiətim məni hər zaman geri püskürdürdü. Ən çətin zamanlarım isə 10-11-ci sinifdə başladı. O zamankı dəyişikliklər, üsyankarlığım və başqa şəxsi problemlər birləşdi, üstəlik, gözaltıladığım qızı da başqasıyla gördüm, hətta evdə valideyinlərimlə də düz gəlməməyə başladı. Və budur tanış küçələrlə 14 mərtəbəyə doğru gedirəm. Artıq geridönülməz yoldayam. Qısa olsa da bir romanlıq həyatım buradaca yekunlaşır. Cəhənnəmdə görüşərik. İnsanları mühakimə etmək ən asan vəçox müraciət edilən yoldur. Amma onları anlamağa çalışmaq isə heç kimin ağlına belə gəlmir. İndi mənim intiharımda səbəbkar kimdir? Günah məndə, cəmiyyətdə, yoxsa cəmiyyəti formalaşdıran amillərdədir. Bəlkəhamımız günahkarıq....

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Mubariz İbrahimovu Türkiyə-Suriya   sərhəddində hamıya sevdirən antakyalı müəllim
11:0309 avqust

Mubariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən antakyalı müəllim

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Hansı Sumqayıt   məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?
15:4111 sentyabr

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan