İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Yeyərək arıqlamağın yolları

Yeyərək arıqlamağın yolları


Düzgün bədən quruluşuna malik olmaq hər kəsin istəyidir. Lakin bu o qədər də asan olmur. "168 saat" xarici KİV-ə istinadən sizi yeyə-yeyə arıqladacaq qidaları təqdim edir:

Yumurta - səhər yeməyində yumurtaya yer verən insanların gün boyu daha az kalori aldığı və 65 faiz daha çox çəkidən azad olduqları müşahidə edilib. Yumurta ana südü kimi keyfiyyətli zülal ehtiva edir və ondakı yağlar iştahı azaldır. 

Fındıq - 12 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı (30 qram) fındıq yeyənlər arasında aparılan araşdırma sübut edib ki, onların pəhriz keyfiyyəti yüksəkdir. Yeyilən fındığın bədən kütlə indeksinə hər hansı bir mənfi təsiri yoxdur. Üstəlik, onların daha az karbohidrat yedikləri və xəstəliklərə qarşı daha dayanıqlı olduqları təsdiqlənib.

Qatıq - möcüzəvi zülal qaynağıdır. Tərkibindəki zəngin kalsium sayəsində daha uzun və keyfiyyətli həyat təmin edir. Kalsium çəki azalmasına kömək edən mineraldır. Daim qatıq yeyənlərin aşağı bədən kütlə indeksinə sahib olmaları, daha incə bel və daha az bədən yağına malik olduqları sübut olunub.

Qara şokolad - daim müəyyən miqdarda tünd şokolad yeyən insanların arıq olduğu bir faktdır. Çünki müəyyən miqdarda yeyilən tünd şokolad stress hormonu olan kortizol səviyyəsini aşağı salır, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısının alır.

Zəncəfil - antioksidant tərkibi yüksək olan zəncəfil kökü iltihab və həzm sistemində yaranan problemlərin aradan qaldırılmasına kömək olur. Həmçinin immunitet sistemini gücləndirir. Bundan başqa, yeməkdən sonra içilən isti zəncəfil doyma hissi yaradır. Zəncəfil bədəndəki yağları yandırır, maddələr mübadiləsini sürətləndirir.

Badam - daha az aclıq hiss etdirən və arıqlamağa kömək edən sağlam qidadır. İdmandan əvvəl yeyilən badam yağ yandırılmasını sürətləndirir. Tərkibində yüksək miqdarda lif və zülal vardır. Bu da əzələ istehsalına kömək olur və amin turşusu tərkibi sayəsində əzələlərdə zülal sintezini təmin edir.

Yaşıl çay - bədəndəki yağın yandırılmasını və maddələr mübadiləsini sürətləndirir, piylənmə ilə mübarizə aparır. Eyni zamanda, yaşıl çayda olan kafein iştahı azaldır. Xüsusilə, qarın bölgəsində olan yağların yandırılmasına təsirlidir. Həzmi asanlaşdırır. Sağlam insanlar gün ərzində 2 fincan yaşıl çay içə bilərlər.

Avokado - ürək sağlamlığında olduqca əhəmiyyətli olan avokado təkli ideal lif qaynağıdır. Avokado kalium ehtiva edir ki, bu da köpü azaldır. Salatlara əlavə edilən təzə avokado A vitaminin qatılığını artırır. Gündəlik pəhrizlərdə yarım təzə avokado yeyən insanlar gün ərzində özlərini daha gümrah hiss edirlər.

Qreypfrut - yeməklərdən əvvəl yeyilən yarım qreypfrut çəkinin artmasına mane olur. Yeməkdən sonra yüksələn insulin səviyyəsini azaldır. Beləliklə də, çəki azalmasına mane olan insulin müqavimətinin qarşısını alır. Ancaq qreypfrut bəzi xolesterol dərmanları ilə qarşılıqlı təsirə malikdir. Ona görə də qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşin.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Pəhriz saxlayarkən 6 böyük səhv
19:0001 sentyabr

Pəhriz saxlayarkən 6 böyük səhv

Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir. Lakin pəhriz saxlayan insanlar nə qədər diqqət etsələr də istədikləri çəkini heç cür əldə edə bilmirlər. Böyük Britaniyanın "Daily Mirror" qəzeti çəki atmağın qarşısını alan vərdişləri və bunları aradan

Bu uşaq yeməklərini almayın
09:3111 oktyabr

Bu uşaq yeməklərini almayın

Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına ehtiyac yaranır. Bu zaman valideynlər süni uşaq qidalarına üstünlük verirlər. Bəs süni qidalar nə zaman təhlükəli ola bilir?

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Çörəkdən imtina nəyə səbəb olur?
10:2318 yanvar

Çörəkdən imtina nəyə səbəb olur?

Son illər çörəkdən tamamilə imtina edib, bu yolla artıq çəkidən azad olanlar çoxluq təşkil edir. Çörək yeməyərək arıqlayanlar bunu həmişəlik vərdişə çevirməyə çalışırlar.