İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Qarşısı alınmış 7 yoluxucu xəstəlik

Qarşısı alınmış 7 yoluxucu xəstəlik

Hal-hazırda alimlər hər gün bütün dünya üzrə çox sayda insanın həyatını alan koronavirusun müalicəsinin axtarışındadırlar. Bu çətin dövrdə çoxları koronavirusun ilk epidemiya olmadığını və bəşəriyyətin əvvəllər də müalicə olunmayan xəstəliklərlə mübarizə apardığını xatırlayır. İnsanların indiyədək məğlub etdiyi yoluxucu xəstəliklər haqqında danışacağıq.

Təbii çiçək

Çiçək xəstəliyi ən pis xəstəliklərdən biri idi. Bu xəstəliyə yoluxmuş insanın bədəni yaralarla örtülürdü, sağalmaq şansı isə çox az idi. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxurdular. Sağalandan sonra xəstənin bədənində yara izləri qalırdı, ağır hallarda insan görmə qabiliyyətini itirirdi. Təbii çiçək xəstəliyinə qarşı peyvənd 18-ci əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən icad edilmişdir. 20-ci əsrin ikinci yarısında həkimlər bu xəstəliyin öhdəsindən tam olaraq gələ bildilər. Bu gün təbii çiçək virusu təbiətdə artıq yoxdur.

Poliomielit

Poliomielit - sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Bu xəstəlik minlərlə uşağın həyatını məhv edib. Kütləvi yoluxma halları Skandinaviya ölkələrində və Amerikada qeydə alınmışdır. 20-ci əsrin ortalarında poliomielit xəstəliyinə yoluxma hallarının artması bir çox ölkə üçün əsl fəlakət idi. Poliomielitə qarşı peyvəndi amerikalı alimlər Conas Solk, Hilari Koprovski və Albert Seybin tərəfindən icad edilmişdir.

Dranukulyoz

Bu xəstəliyin əsas səbəbkarı Qvineya qurdudur. İnsan dranukulyoza su xərçəngkimilərini yeyən zaman yoluxa bilər. Qvineya qurdu mədə-bağırsaq traktina daxil olur və nəticədə həmin nahiyyələrdə qaşıntı, qızartı və suluqların yaranmasına gətirib çıxarır. Dranukulyozun törədə biləcəyi ən ağır xəstəliklər sırasına qanqrenanı və ürək-damar xəstəliklərini aid etmək olar. Hal-hazırda bu xəstəlik Afrika (Çad), Efiopiya və Cənubi Sudanda mövcuddur. Darnukulyoza qarşı peyvənd olmasa da, bu xəstəliyin mexaniki olaraq müalicə üsulu var.

Frambeziya

Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə frambeziya xəstəliyi mövcud deyil, çünki onun yayılmasının əsas səbəbi pis sanitariya şəraitidir. Bu yoluxucu xəstəlik insanın dərisinə təsir edir, əsasən uşaqlar üçün təhlükəlidir. Xəstənin bədənində şişkinlik və yaralar meydana gəlir, yoluxma fiziki təmasdan baş verə bilər. Frambeziyanın müalicəsindən ən vacib məqam şəxsi gigiyena qaydalarına riayət edilməsidir, əsasən antibiotiklər vasitəsilə müalicə olunur.

Qızılca

Qızılca ən yoluxucu xəstəliklərdən biridir. Əsasən ağız boşluğunun selikli qişastanın iltihabı, yüksək hərarət, eləcə də yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunur. Bu günlərdə inkişaf etmiş ölkələrdə qızılcaya qarşı peyvəndlər vurulur ki, bu da ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaltmışdır.

Tetanus

Bu xəstəlik haqqında hələ Qədim Misir, Yunanıstan, Hindistan və Çində yazırdılar. Tetanus xəstəliyinin elmi tədqiqatı 19-cu əsrdə başlamışdır. Əsasən iqlimi isti, rütubətli olan ölkələrdə çox yayılıb. Məcburi immunoprafilaktika keçirildiyi ölkələrdə yoluxma tezliyi 100 min nəfərə 0,6-dan çox deyil.

Fil xəstəliyi

Fil xəstəliyi və ya elefantiaz - insan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. Ən çox Afrika ölkələrində yayılmışdır. 2015-ci il 5 oktyabrda Satosi Omura, Uilyam Kempbell ilə birlikdə bu infeksiyanın müalicəsi üçün preparatların kəşfinə görə Nobel mukafatına layiq görülüb.

Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Ənənəvi olmayan sağalmaq təlimi
09:2712 oktyabr

Ənənəvi olmayan sağalmaq təlimi

Xəstəlik və onunla mübarizədən söhbət düşmüşkən, mütləq bu günlərdə dünyanın bir çox ölkəsində milyon tirajlarla çap olunan bir bestseller barədə də söz açmaq istəyirəm, rusiyalı müəllif Valeriy Sinelnikovun "Öz xəstəliyini sev" kitabı barədə.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO