İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Azərbaycan millisi üçün 18 kabus

Azərbaycan millisi üçün 18 kabus

 

Koronavirus pandemiyası üzündən dünyanın yaşıl meydanlarında yaranan səssizlik Azərbaycan millisini də zəruri istirahətə vadar edir. Son matçını ötən il keçirən yığmamızın hesabında 256 qarşılaşma var. Milli dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqası, həmçinin qeyri-rəsmi turnirlər və yoxlama oyunlarında nə az, nə çox 432 qol buraxıb. 

Bunlardan bəziləri avtoqol müəllifi olan futbolçularımızın passivinə yazılıb. Maraqlıdır, görəsən əcnəbilər arasında millimizə qənim kəsilən oyunçular kimdir? Futbol tariximizə nəzər salsaq görərik ki, 18 oyunçu Azərbaycan yığmasının qapısına 3 və ya daha çox top vurub. Onlardan da 17-si Avropa təmsilçisidir. Bu da başadüşüləndir. Bütün rəsmi turnirlərdəki oyunlarda (seçmə və Millətlər Liqası) rəqiblər avropalılar olub. Asiya və Şimali Amerika təmsilçiləri ilə görüşlər isə çox az sayda baş tutub.

Azərbaycan millisinin qapıçıları üçün kabus Miroslav Klozedir. Dünya çempionatları tarixinə ən yaxşı bombardir kimi düşən almaniyalı yığmamızı 5 dəfə məyus edib. O, bu qolları üç matçda vurub.

Lideri hərəyə 4 top vuran üç oyunçu izləyir. Onlardan ikisi - Tomaş Frankovski və Yatsek Krjınovek millimizə ağır günlər yaşadan Polşa yığmasının üzvləridir. Rumıniyalı Florin Raduçoyu da eyni sayda qola imza atıb.

Azərbaycan azarkeşlərinə 3 dəfə məyusluq yaşadanların sayı 14-dür. Onlar arasında Asiya təmsilçisi Maksim Şatskix də yer alıb. Özbəkistanlı millimizlə görüşdə het-trik müəllifi olub.

Hərəyə üç qol vuranlardan ikisi - Şlomi Arbeytman və David Vilya buna bizə qarşı keçirdiyi yeganə matçda imza atıb. Onlar həmin yoxlama görüşündə het-triklə fərqlənib. Hər iki oyun 0:6 hesabı ilə bitib.

Maraqlıdır ki, millimizin tarixinə Oser faciəsi yazan Fransa yığması iki oyunda 12 top vursa da (0:2, 0:10), heç bir üzvü 3 və ya daha çox qola imza atmayıb. 


Millimizin qənimləri

1. Miroslav Kloze (Almaniya)                       - 5

2-4. Tomaş Frankovski (Polşa)                      - 4

Yatsek Krjınovek (Polşa)                               - 4

Florin Raduçoyu (Rumıniya)                         - 4

5-18. Maksim Şatskix (Özbəkistan)               - 3

Andre Şurrle (Almaniya)                               - 3

Rayan Giqqz (Uels)                                       - 3

Timmi Simons (Belçika)                                - 3

Qari Spid (Uels)                                             - 3

Şlomi Arbeytman (İsrail)                               - 3

Nikola Jiqiç (Serbiya)                                    - 3

Kubilay Türkyılmaz (İsveçrə)                        - 3

Arber Zenelli (Kosovo)                                 - 3

Bruno Alveş (Portuqaliya)                             - 3

Ronen Harazi (İsrail)                                     - 3

Sergey Kleşenko (Moldova)                          - 3

David Vilya (İspaniya)                                  - 3

Marek Hamşik (Slovakiya)                            - 3

Rəy bildir +
Oxşar xəbərlər
UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?
09:3408 oktyabr

UEFA-nın həyata keçirdiyi yenilik millimiz üçün nə vəd edir?

Yadınızdadırsa, bir beçə gün əvvəl UEFA Millətlər Liqasının formatında dəyişiklik edilməsi ilə bağlı qərar verdi. Ali futbol qurumunun son iclasından sonra 2020/21 mövsümündə ilk üç - A, B, C divizionunun hərəsində 16 komandanın, D divizionunda isə ən zəif 7 yığmanın çıxış edəcəyi dəqiqləşdi. Məlum

Millimizi kimə tapşıraq:   Yerli yaxşıdır, yoxsa əcnəbi?
19:2419 fevral

Millimizi kimə tapşıraq: Yerli yaxşıdır, yoxsa əcnəbi?

Ötən ilin dekabr ayında milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılmasından sonra hər kəsi bu sual düşündürür: yığma kimə həvalə olunmalıdır? "İcraiyyə Komitəsi namizədləri nəzərdən keçirəcək", "Məşqçilər Komitəsi namizədlər haqda rəy bildirəcək", "milliyə namizədlər müəyyən

Kimin nəticəsi necə dəyişib?  11 TURLUQ MÜQAYİSƏ
17:4619 noyabr

Kimin nəticəsi necə dəyişib? 11 TURLUQ MÜQAYİSƏ

Futbol üzrə ölkə çempionatında milli komandamızın oyunları ilə bağlı yaranmış fasilədən öncə 11-ci tur başa çatmışdı. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 11 həftəlik marafon heç də az deyil. Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan

AFFA-nın menyusuna:  Türkiyədən kimlər gəlsin?
18:0410 iyul

AFFA-nın menyusuna: Türkiyədən kimlər gəlsin?

Azərbaycan futbolunun hazırkı ağrılı durumunu ifadə etmək üçün böhran sözünü işlətmək və ya hər hansı buna bənzər ifadə tapmaq olar. Reallığın diqtə etdiyi isə odur ki, dünya futbolunun autsayderlərindənik. Ən azı milli özəlliklərə və tarixi adət-ənənəyə görə autsayder statusuyla barışmaq çətindir.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.