İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » AFFA əcnəbi sevdasından əl çəkir?

AFFA əcnəbi sevdasından əl çəkir?

 

Milliyə namizəd olduğu deyilən yerli məşqçilər "168 saat"a danışdılar


Yadınızdadırsa, ötən ayın sonlarına doğru AFFA məlumat yayaraq bütün dünyanı əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki mümkünsüzlüyü nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti olaraq fasilə verildiyini açıqlamışdı. 


Xatırladaq ki, həmin vaxt 32 əcnəbi çalışdırıcının yer aldığı ilkin siyahı xeyli qısaldılmış, Canni De Byazi, Luici Di Byaco, Eusebio Di Françesko və Çezare Prandelli kimi eyni ölkədən - İtaliyadan olan mütəxəssislərlə danışıqların davam etdirilməsinə qərar verilmişdi. Üstəlik, həmin vaxt yığmanın yeni baş məşqçisinin əcnəbi olacağı birmənalı şəkildə qeyd olunurdu. Amma deyəsən, federasiya rəhbərliyi əcnəbi çalışdırıcı arzusunu ən azı bu ilin sonuna kimi təxirə salmalı olacaq. Hər halda ölkə rəhbərliyinin bütün idman növlərində legioner məşqçilərin yola salınmasında maraqlı olması yönündə məlumatların dolaşması belə deməyə əsas verir. Yayılan bilgilərə görə rəhbərliyi idman sahəsində qənaət rejiminə keçmək planını reallaşdırmaq arzusundadır. Bu da başadüşüləndir. Bildiyiniz kimi, bütün idman sahələri əsasən SOCAR-dan maliyyələşir. Pandemiyaya görə dünya bazarında neftin qiymətinin kəskin səviyyədə aşağı düşməsi gəlirlərin azalması deməkdir ki, bu da idmanda qənaət rejiminə keçməyi şərtləndirir. Sirr deyil ki, bu gün Azərbaycan futbolunda millidə çalışan əcnəbilərə ödənən məvaciblər SOCAR-ın büdcəsindən çıxır və indiki durumda neft şirkətinin bu pulları ödəməsi əvvəlki qədər asan deyil. Legionerlərdən imtinanın idmana, futbola nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Lakin söhbət futboldan gedirsə, ölkə rəhbərliyinin bu göstərişini alqışlamaq lazımdır. 

Bernard Lippert, Frits Stuxlik, Milan Obradoviç, Miloş Velebit və s. əcnəbilərin yola salınmasının ardından onları yerli mütəxəssislərin əvəzləməsi prosesinin gələn ayın əvvəlindən başlanacağı bildirilir. Üstəlik, Azərbaycan milli komandasının baş məşqçisi postuna da azərbaycanlı çalışdırıcının gətirilməsi üçün müzakirələrin başladığı da deyilir. Hətta namizədlərin kimliyi haqqında da informasiyalar var. Belə ki, artıq əsas yığmamızın məşqçisi Arif Əsədovun, "Sumqayıt"ı çalışdıran Ayxan Abbasovun, "Keşlə"nin baş məşqçisi postunu tutan Tərlan Əhmədovun və son iş yeri "Zirə" olan sumqayıtlı məşqçi Samir Abasovun hər hansı birinin təyinatının mümkünlüyü götür-qoy edilir.

Məsələnin nə dərəcədə real olduğunu və adıçəkilən məşqçilərin AFFA-nın mümkün təklifinə necə münasibət göstərəcəyini bilmək üçün həmin mütəxəssislərlə əlaqə saxladıq.

Nikola Yurçeviçin köməkçisi kimi milli komandaya gətirilən və xorvatiyalının gedişindən sonra da postunda saxlanılan sumqayıt futbolunun yetirməsi Arif  Əsədov "168 saat"a açıqlamasında fəaliyyətini yığmanın məşqçisi kimi davam etdirdiyini, əsas yığmaya yerli məşqçi gətirilməsi məsələsindən xəbərsiz olduğunu dedi:"Hazırda yığmanın məşqçisi kimi işimi davam etdirirəm. Düzü, hazırda futbolsuz qalmışıq deyə mən də fəaliyyətsizəm. Milli komandaya yerli məşqçinin təyinatı gündəmdə yox idi. İndi azərbaycanlı məşqçinin təyinatının müzakirə olunmasından xəbərim yoxdur. Federasiyanın mümkün təklifinə verəcəyim cavaba gəlincə, millinin baş məşqçisi olmağı kim istəməz ki?!"

Milli komandaya yerli məşqçinin gətiriləcəyinə inanmadığını deyən və AFFA-dan heç bir təklif almadığını bildirən Samir Abasov da millidə işləməyin əleyhinə olmadığını açıqladı: "İndi nə belə bir söhbət var, nə də hər hansı təklif  haqda danışmaq olar. Amma təbii ki, hər bir məşqçi kimi mənim də arzum ölkənin bir nömrəli komandasında çalışmaqdır. İstər indi, istərsə də nə vaxtsa belə bir təklif gələrsə, heç düşünmədən qəbul edər və millinin baş məşqçisi postunu tutmaqdan qürur duyaram."

Milliyə namizəd olduğu bildirilən digər iki çalışdırıcı kimi bu haqda heç bir məlumatının olmadığını bildirən "Keşlə"nin baş məşçqisi Tərlan Əhmədov millidə çalışıb-çalışmamaq istəyi ilə bağlı sualımıza isə cavab vermək istəmədi.

Elə "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov da "168 saat"a açıqlamasında millidə işləmək arzusu haqqında danışmadı: "Milli komanda ilə bağlı ortada real heç nə yoxdur. Ən əsası isə odur ki, hazırda mənim bütün diqqətim "Sumqayıt"la bağlıdır. Mövsümü "Sumqayıt"da başa vurmaq və yaxşı nəticələr qazanmaq istəyirəm. İndi əsas məsələ ölkə çempionatının nə vaxt bərpa olunacağıdır."


Rəy bildir +
Oxşar xəbərlər
Millimizi kimə tapşıraq:   Yerli yaxşıdır, yoxsa əcnəbi?
19:2419 fevral

Millimizi kimə tapşıraq: Yerli yaxşıdır, yoxsa əcnəbi?

Ötən ilin dekabr ayında milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılmasından sonra hər kəsi bu sual düşündürür: yığma kimə həvalə olunmalıdır? "İcraiyyə Komitəsi namizədləri nəzərdən keçirəcək", "Məşqçilər Komitəsi namizədlər haqda rəy bildirəcək", "milliyə namizədlər müəyyən

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Millinin yeni baş məşqçisi kim olacaq?
12:4720 dekabr

Millinin yeni baş məşqçisi kim olacaq?

Ötən həftənin cümə günü baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin bu ilin fevral ayından tutduğu postdan ayrılacağı dəqiqləşdi.

Büdcəsi azaldılan klublar,   divizionda qalacaq   qərblilər və başsız milli
10:5414 may

Büdcəsi azaldılan klublar, divizionda qalacaq qərblilər və başsız milli

Son bir neçə ayda bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası hələ də davam etməkdədir. Şübhəsiz, pandemiya dövrünün ən böyük iqtisadi zərbələrindən biri futbol sektoruna dəyməkdədir.

Mircavadovdan Yurçeviçə qədər nə dəyişib?
18:0826 noyabr

Mircavadovdan Yurçeviçə qədər nə dəyişib?

Ötən həftə futbol üzrə Azərbaycan milli komandasının daha bir seçmə mərhələni geridə qoyduğundan xəbərdarsınız. Bununla da, ümumilikdə 13-cu dəfə seçmə mərhələdə iştirak edən millimiz 7-ci dəfə qatıldığı Avropa çempionatının seçmə mərhələsini başa vurdu. AÇ-2020-nin qrup mərhələsi həm də bir