İSTİ XƏBƏRLƏR
168saat.com » Oxumasanız da olar » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

 

Lətifələrin reytinqi

5-ci yer

Bir pasiyent Semaşko xəstəxanasında həkimin yanına girir. Həkim onun kartoçkasına baxıb əlləri ilə başını tutub deyir:

-  Vəssalam! Bu da son!

Sonra kartoçkanı səhifələyib davam edir:

-  Amma axı qocalıq yaşı da deyil. Nə tez bu hala gəlib çatmaq olardı axı?!

Pasiyent qorxusundan dili tutulmuş halda kəkələyə-kəkələyə soruşurdu:

-  Doktor, heç şansım yoxdur?

Həkim başını qaldırıb söyləyir:

-  Eynəksiz nəsə görürəm ki?! Gözlərimin axırına çıxmışam deyəsən!


4-cü yer

Müasir Musavat partiyasının başqanı Hafiz Hacıyev səhər-səhər "Araz" supermarketinə girib baqqaliyyə şöbəsində - satıcı qızın qarşısında dayanıb söyləyir: 

-  Gözəl qız, o doktorski kolbasadan ver, dadına baxım. Hə çox sağ ol. Vay-vay-vay. Nəsə duzunu çox eləyiblər.

- ...

- Bəs o lyubitelskinin dadına baxmaq olar? Ay yüz yaşa. Fu. Elə bil nəsə sroku keçib e bunun.

-  ...

-  Başına dönərəm, bəs o kapçonnunun necə, olarmı bir görüm almağıma dəyərmi? Təşəkkür. Yox e, gözəl qız, çox möhkəmdir, normadan artıq qurudublar.

-  ...

-  Yaxşısı budur, mən holland pendiri alım. Bax ondan bir qədər kəs ver, görüm dadı necədir. Minnətdaram. Baho. Çox yağlıdır ki bu.

Birdən arxasında gileylənmələr eşidir, çevrilib baxır ki, xeyli adam növbədə durublar, onun şöbədən aralanmasını gözləyirlər. Üzrxahlıq edir:

-  Siz Allah bağışlayın ki sizi gözlədirəm. Mən alış-verişdə çox tələbkaram.

Bu vaxt növbədən səs gəlir: 

-  Eyib etməz, Hafiz müəllim. Siz səhər naharınızı edin, biz gözləyərik.


3-cü yer

Bir şamaxılı əsgərliyə gedir. Növbətçi olarkən komandir içəri girir. "Fərəğət" sözü yadından çıxır, bilmir nə desin, əlini qaldırıb qışqırır:

-  Dəbərmöün!!!


2-ci yer

Bir gün məscidin böyründə bir sahibkar pivəxana açır. Məscidin axundu gəlib sahibkara deyir:

-  Eşit məni. Bu tutduğun iş günahdır, Allahın qəzəbinə gələrsən.

Sahibkar deyir:

-  Vecimə də deyil. Mən ateistəm.

Belədə axund əllərini göyə tutub deyir:

-  Allah pivəxananı sənin başına uçurtsun.

İki gün sonra qaz balonu partlayır və pivəxana uçub dağılır. Pivəxananın sahibi axunda hücum çəkir ki, obyektimi sənin duan dağıtdı, mənə kompensasiya verməlisən.

Axund da razılaşmır, iş düşür məhkəməyə. Məhkəmədə sahibkar çıxışında iddia edir ki, pivəxananı axundun duası uçurtdu. Axund isə özünü didib-tökür ki, dua ilə binamı partlayar?

Hakim hər ikisini dinlədikdən sonra söyləyir:

-  Düzü, həyatımda ilk dəfədir ki, belə maraqlı situasiya ilə üzləşmişəm. Pivəxana işlədən dinsiz şəxs duanın gücünə inanır, amma axund inanmır.


1-ci yer

Kişi yuxuda, şokolad, uşaq və eşşək görür, ha çalışır, yoza bilmir. Ertəsi gün bu yuxu yenidən onu narahat edir, yenə bir şey anlaya bilmir. Üçüncü gün də eyni yuxunu təkrar gördükdə qonşudakı çöpçü və ekstrasens qadının qəbuluna gedir, söyləyir ki, amanın günüdür, üç gecədir yuxuda şokolad, uşaq və eşşək görürəm, yuxumu yoz, bu nə deməkdir?

Çöpçü-ekstrasens azacıq düşünüb qaşlarını çataraq deyir:

-  Get uşağa şokolad al, ay eşşək!

***

Məntiq

Deyirlər, sosial məsafə saxlamaq lazımdır. Biz - sadə camaat nazirlərdən, başçılardan, generallardan, deputatlardan, sədrlərdən, rəislərdən və digər bu sayaq insanlardan onsuz da məsafədəyik. Amma öz həmkarlarımızdan - sadə camaatdan neynəsək də, məsafədə dayana bilmərik axı.

***

Başsındırma

Aptekə maskasız girmək olmaz. Hətta maska almaq üçün də. Bəs onda, sual oluna bilər, maskanı hardan alaq?

***

Məsləhət

Sevəndə 1.50 boylu qızları sevin. Düşünün ki, az yeyir, az içir. Hətta geyimini belə ucuz uşaq dükanlarından almaq mümkündür.

***

Dodaqqaçdı

Əlqəmənin özündən 6 yaş kiçik dayısı var. Bir dəfə siqaret çəkdiyini eşidəndə dayısını tutub döymüşdü.

***

"Zarafat plyus"dan seçmələr

-  Xoruz səhər banlayanda niyə gözünü yumur?

-  Niyə?

-  Çünki mətni əzbər bilir.

***

-  4 ildən bir sinifdə qalan kimlərdir?

-  Kimlərdir?

-  İbtidai sinif müəllimləri.

***

-  Arzu Rzayev bərbərə niyə gedib?

-  Niyə gedib?

-  Pul xırdalamağa.

***

-  Roddomda uşağın göbəyini kəsmək üçün qayçısı olmayan həkim nə deyir?

-  Nə deyir?

-  Əşi, harda qırıldı, qırıldı.

***

-  Androloqlar nə vaxt əlcək taxırlar?

-  Nə vaxt?

-  Qartopu oynayanda.

***

Karantin həyatı

Dad ey dünya. Bir vaxtlar pivə alıb, çipsı alıb "Barselona"yla "Real"ın oyununa baxardıq. İndi isə "Kopetdağ"la "Şaqadam" oyununa baxırıq.

***

Qara yumor

Təsəvvür edin, koronavirus tamamilə qurtarıb, karantin dayandırılıb, camaat rahatca küçə-bayıra çıxır, işinə-gücünə gedir. Bu vaxt xəbər çıxır ki, çinlilər yeni "COVİD-19 Plyus"u dövriyyəyə buraxıblar.

***

Rus lətifəsi 

Anekdotı.ru portalında həftənin lətifəsi

Putin elan etdi ki, Rusiya fizikanın yeni qanunları əsasında yeni silah icad edib. 

Fizikanın yeni qanunları isə, qeyd edək ki, Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib.

Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır, ya da zor

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan. - Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı
11:1517 mart

Ekologiya nazirliyinin sabiq departament rəhbəri ŞOK faktları açdı

OXUMASANIZ DA OLAR
17:0713 iyun

OXUMASANIZ DA OLAR

Səhərdir. Marşrut avtobusda səssizlikdir. Birdən qabaq cərgədə oturan kişinin telefonuna zəng gəlir. Amma zəng melodiyadan ibarət deyil, it hürməsi səsidir. O, "yes" düyməsini basıb telefonu qulağına yaxınlaşdırır və zərif-zərif söyləyir: - Bəli, əzizim.