İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Telefonsevərlər
Milli Məclisin həftə sonu keçirilən iclasında yeni tərkibli heyətin yeni spikeri Sahilə Qafarova deputatlara iradını bildirdi. Hazırki ağır, bəlkə də taleyüklü bir dönəmdə bəzi deputatların bütün iclas boyu gözlərini telefonlarından çəkməməsini o, dözülməz hal adlandırdı.
Çox yəqin ki, həmin o bəzi deputatlar iclas boyu ya sosial şəbəkələrə girir, ya mesajlaşır, ya da tetris kimi oyunlara baş vururlar. 
Təklif edirik ki, Milli Məclisin iclas zalına daxil olarkən deputatların mobil telefonları əllərindən alınsın. Yuxulamasınlar deyə isə hər passiv deputatın yanında bir aktivi əyləşsin ki, onu yatanda oyatsın!

Siyavuş Novruzov

Milli Məclisin növbədənkənar sessiyasının iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi 2-ci oxunuşda qəbul edildi. Bəzi deputatlar karantin dövründə maska taxmayanlara tətbiq edilən 50 manat civarında cərimənin çox olduğunu, bunu azaltmağının vacibliyini vurğulayanda deputat Siyavuş Novruzov kəskin çıxış etdi:
-  Mən görürəm ki, burda bəziləri qanunun əsas məğzini, məqsədini başa düşməyib. Maska tax, cərimə vermə də? Burda axı biz nəyi kəşf edirik? Kimsə xal qazanmaq istəyir, əhalidən dəstək almaq istəyir. Amma bununla əhalinin evini yıxır. Cənab prezident də, birinci vitse-prezident də dəfələrlə öz sözlərini deyiblər. İki cümlədir, bunu həll edək, çıxaq gedək də. Bu məsələnin bir adı var, qəbul olunur, vəssalam.
Siyavuş müəllimin çıxışı ilə dərhal layihə səsverməyə çıxarıldı və qəbul edildi. Siyavuş müəllim bu an özünü amiranə aparırdı, MM-in əsas sözçüsü kimi aparırdı.
Demək, Siyavuş müəllim MM-də həmişə adət etdiyimiz Siyavuş müəllim deyil daha!
Aqil Abbas
Deputat Aqil Abbas parlamentdə çox maraqlı bir məsələni gündəmə gətirdi:
-  Ölkə rəhbərliyi pandemiya dövründə yardım edir, yeni iş yerləri açılır. Amma Ağcabədidə 105 nəfər kitabxanalarda çalışan insan var, onların 35-ini ixtisar etmək istəyirlər. Niyə, qardaş? Doğrudanmı bu boyda büdcəsi olan dövlətimiz 35 nəfərin aldığı 200 manata möhtacdır? Ay qardaş, o qədər ixtisar olunmalı yer var. Gəncəni, Naxçıvanı demirəm, bir dənə rayon adını çəksinlər ki, orda kitab mağazası var. Möhtərəm prezidentimiz deyir heç kəsi işdən çıxarmaq olmaz, bunlar da kitabxanada çalışanları işdən çıxarırlar. Kitaba niyə bu qədər nifrət edirlər, başa düşə bilmirəm.
Əslində, Aqil Abbas çox ciddi məsələyə toxunur, çünki söhbət tək Ağcabədinin 35 nəfər işdən çıxarılan kitabxanaçısından yox, söhbət ulu mədəniyyətə malik Azərbaycanın mədəniyyətinə qənim kəsilməkdən gedir. Əksər yerdə kitabxanalar, kitab mağazaları, klublar ucdantutma bağlanır, şərab evləri və bu sayaq obyektlər sürətlə artır. Hara gedirik?

Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyuldu. Bunu hökumət başçısı öz "facebook" səhifəsində yazıb.
"İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam".
Əlbəttə, əsil ermənilərsayaq humanistlik nümayiş etdirib biz Nikol Paşinyana çalışmağının əsla mümkün olmamasını, dünyanın koronavirus pandemiyasındakı ölənlərin sayı statistikasını bir nəfər artırmasını arzu edirik. Amma bununla belə, olsun ki, bu da növbəti bir erməni hiyləsidir. Dünyanın diqqətini hətta prezidenti belə virusa yoluxan "cəfakeş erməni xalqına" yönəltmək, Ermənistanda koronavirus dövründə vəziyyətin dözülməz olmasına diqqət çəkmək, ÜST-dən alınan maliyyə yardımının həcmini bir qədər də artırmaq istəyirlər.
Narkobaronlar
Bu həftə İsmayıllı şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev tarixə düşdü, belə ki, İsmayıllı Rayon Polis şöbəsi əməkdaşların həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Diyalı kəndində ona məxsus nəhəng bir marixuana plantasiyası aşkarladılar.
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan bu şəxs aqrotexniki qaydada qulluq göstərməklə ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi yetişdirmiş, 12 kq 635 qr qurudulmuş marixuananı isə satış üçün hazırlayıbmış. Və ən maraqlısı, Eşqin bəy İsmayıllı şəhər sakini Əlmurad Bəkirovla Diyalı kəndi ərazisində bir başqa plantasiya da salıbmış. Oradan isə 481 ədəd çətənə bitkisi aşkarlanmışdır.
Xatırladaq ki, paralel olaraq Ağsunun Ərəbmehdibəy kəndi ərazisində də 2 hektar yerdə 2600 ədəd çətənə kolu aşkarlandı.
Çox güman Kolumbiya narkomafiyası İsmayıllı və Ağsu narkotacirlərinin şücaətlərindən xəbər tutsalar, həmən onların adlarını narkobaronların şərəf lövhəsinə daxil edərdi.

Ayı
Uik-end günlərində Şəki şəhərində qəribə bir olay baş verdi. Belə ki, 5-6 yaşlı, 150-180 kiloluq bir qonur ayı dağ meşəsindən şəhərə düşərək şəhərin küçələri ilə addımladı, evlərin pəncərələrinə, maşınların üstünə dırmaşdı. Minlərlə insan ayının tamaşasına durdu, yerli polis əməkdaşları isə kordon yaradaraq insanları ayının mümkün ola biləcək hücumundan mühafizə etdilər.
Yalnız bir neçə saatdan sonra Bakıdan helikopterlə özlərini yetirmiş Fövqəlnazirliyin baytar heyəti ayıya iynə vurub onu yatırdaraq bortlu maşına qoydular, Şəkiyə səfərə çıxmış ayını Altıağac qoruğuna apardılar.
Bəlkə də ayı karantin rejimində küçələri boş görəcəyi fikriylə şəhərə enmiş imiş. Çox yəqin karantin rejmini pozan, minlərlə insanı görüb yazıq şoka düşdü.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
18:1320 iyun

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Milli Məclisin son iclasında öncə 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi səsə qoyuldu, səsvermə 102 nəfər deputatın "hə"si ilə təsdiqləndi. Təbii ki, parlamentin sədri Oqtay müəllim bundan razı qaldı. Sonra "Əhalinin sağlamlığının qorunması haqqında" dəyişiklik layihəsi uzun

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...
15:4515 avqust

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...

29 il əvvəl - 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün yaşıdlarını, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu