İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Sumqayıtın deputatı "Yaşma bağları"nın problemindən danışdı: 10 min əhali...

Sumqayıtın deputatı "Yaşma bağları"nın problemindən danışdı: 10 min əhali...


"Son zamanlar tikinti bumunun yaşanması və iqtisadi inkişaf müəyyən bir yaşayış massivlərinin meydana gəlməsinə gətirib çıxarıb. Bu massivlərdən də biri Sumqayıt şəhəri və Xızı rayonları arasında yerləşən "Yaşma bağları" massividir. Burada olan insanlara sovet zamanı müxtəlif müəssisələrdə çalışan zaman yer ayrılıb və onlar orada məskunlaşıb"

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Deputat çıxışında bildirib ki, həmin massivdə hazırda 3500-ə qədər ev və 10 min əhali yaşayır. M. Məmmədli yaşayış massivinin statusunun müəyyən olunması və infrastruktur probleminin həll olunmasının vacibliyini vurğulayıb:

"Massivə müəyyən bir statusun verilməsi və infrastruktur probleminin həll olunmasına böyük ehtiyac var. Bu çatışmazlıqların aradan qaldırılması ərazinin problemlərinin həllinə gətirib çıxaracaq".

Qeyd edək ki, "Yaşma bağları" ərazisində yaşayan yüzlərlə ailənin su, yol və qeydiyyat problemi var.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər
09:2210 oktyabr

Enerji içkiləri ilə mübarizəni effektsiz edən səbəblər

Azərbaycanda uzun müddətdir ki, enerji içkilərinin satışına qadağanın qoyulması, qiymətinin bahalaşdırılması və digər bu kimi istiqamətlərdə müzakirələr gedir. Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında da məsələ bir daha müzakirəyə çıxarıldı. Çıxış edən deputat Qənirə Paşayeva

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...
15:4515 avqust

Sumqayıt məktəblilərinin unudulmuş fədakarlığı...

29 il əvvəl - 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün yaşıdlarını, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci