İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Bakı-Sumqayıt yolundan nə xəbər?

Bakı-Sumqayıt yolundan nə xəbər?


Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən tədbirlər tamamlanmaq üzrədir:

"Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi başa çatdırılıb. Sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb. Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yol, həmçinin, Xırdalan dairəsinin altından keçən avtomobil tuneli hər iki istiqamət üzrə iki hərəkət zolağı enində genişləndirilib.

Paytaxtda Sumqayıt şəhəri istiqamətindən giriş-çıxışı təkmilləşdirmək məqsədilə "20 Yanvar" metrostansiyasının "Azərsu" ASC-nin inzibati binasının qarşısında yerləşən çıxışının yeri dəyişdirilərək, 8-10 metr irəli çəkilib.

"20 Yanvar" dairəsinin ölçüləri də dəyişdirilərək, "oval" formaya salınıb. Sadalanan bütün işlər artıq, demək olar ki, başa çatıb. Xırdalan dairəsinin altından keçən tunel ətrafında son tamamlanma işləri qalıb. O işlər də iyun ayının ilk ongünlüyündə tam başa çatdırılacaq".

Eyni zamanda, AAYDA Bakı-Sumqayıt yolunda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb. 

"Yeni hazırladığımız təklif Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacların aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşfiqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər" - deyə Anar Nəcəfli bildirib.

A.Nəcəfli bildirib ki, artıq təkliflə yanaşı yol qovşağının layihəsi də hazırlanıb: "Layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlara təsdiq üçün göndərilib. Layihə təsdiqlənəndən sonra dərhal tikinti işlərinə başlanacaq".

Rəy bildir +
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolu necə olacaq?
11:1819 may

Bakı-Sumqayıt yolu necə olacaq?

Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və ləngimələrin aradan qaldırılması məqsədilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Bakı-Sumqayıt yolunun   genişləndirilməsi   nə vaxt başa çatacaq?
18:5718 fevral

Bakı-Sumqayıt yolunun genişləndirilməsi nə vaxt başa çatacaq?

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks

Bakı-Sumqayıt yolunda işlər davam edir
10:3117 yanvar

Bakı-Sumqayıt yolunda işlər davam edir

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi kimi tanınan hissəsində yolun genişləndirilməsi işləri fasiləsiz davam etdirilir…