İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » TƏKLİF: Sumqayıtda tullantıların emal edilməsi zavodu tikilsin!

TƏKLİF: Sumqayıtda tullantıların emal edilməsi zavodu tikilsin!


Sumqayıtın yaxınlığında bu şəhərə aid məişət tullantılarınını yığıldığı poliqonda arabir baş verən yanğınlar şəhərin ekoloji vəziyyətini korlayır. Bununla bağlı müxtəlif səviyyələrdə arabir narahatlıqlar ifadə olunur. 

Məişət Tullantıları Zavodunun tikintisi bu baxımdan çıxış yolu kimi görünür. Məsələ ilə bağlı aparılan müzakirələrdə də bu fikir tez-tez səslənir.

Sonuncu dəfə mövzuya sumqayıtlı millət vəkili Müşfiq Məmmədli Milli Məclisin plenar iclasında qayıdıb: "Sumqayıt şəhəri son müddət ərzində böyük inkişaf yolu keçib. Dövlət başçısının Sumqayıta diqqəti sayəsində bu bölgə daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, müəyyən problemlər hələ də qalır. Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı narazılığına səbəb olur. Bu baxımdan düşünürəm ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər".

Qeyd edək ki, bundan öncə Sumqayıtın digər millət vəkilləri Tahir Mirkişi və Emin Hacıyev də bu məsələ ilə bağlı çağırışlar etmişdilər.

"Məişət Tullantıları Poliqonunda gecə saatlarında tullantıların yandırılması ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir. Alışmaya səbəb öz-özündən gedən qızışma nəticəsində yaranan qazlardır".

Bu sözləri "Sumqayıt şəhər Təmizlik Departamenti" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Atəş Rüstəmov son zamanlar poliqonda baş verən yanğınlara münasibət bildirərkən deyib.

A. Rüstəmov Məişət Tullantıları Poliqonunda insan müdaxiləsi nəticəsində yanğınlar törədilməsini təkzib edib və bu kimi halların quruma da ziyan vurduğunu bildirib: "Bir dəfə yanğın olanda bir aya güclə söndürə bilirik. Necə ola bilər ki, axşamlar yandıraq, səhərlər də söndürək? Yanğının baş verməsi bizim özümüzə də nə qədər ziyan verir. Neçə maşın torpaq daşınmalıdır ki, yanğını söndürə bilək. Hazırda tüstüləmə var, çalışırıq ki, onun da qarşısı alınsın, ərazidə torpaqlama işləri aparılır".

Məlumat üçün bildirək ki, Sumqayıt Məişət Tullantıları Poliqonun ümumi ərazisi 125 hektardır və gün ərzində Sumqayıt və Abşeron ərazisindən 5000 kub məişət tullantısı daşınır.


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli