İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Abşeron yarımadasında çirklənmiş ərazilərin aqibəti necə olacaq?

Abşeron yarımadasında çirklənmiş ərazilərin aqibəti necə olacaq?


Ekologiya və Təbii Sərvətlər naziri, bundan öncə isə Sumqayıtda “Azərkimya”   İstehsalat Birliyinə rəhbərlik etmiş Muxtar Babayev müsahibəsində ölkəmizdə ekoloji sağlamlaşdırma istiqamətində görülən işlərdən bəhs edib. 

- Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri ekoloji təhlükəsizliyin təmin edilməsidir. Son illər bu istiqamətdə görülən işlərin inkişaf dinamikası barədə nə deyə bilərsiniz?

- Dinamika müsbətdir. Öncə onu qeyd etməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, optimallaşdırılmış və operativ fəaliyyətin həyata keçirilməsi məqsədilə nazirliyin strukturlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesləri gedir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, sağlam ətraf mühitdə yaşaması, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə günün aktual məsələlərindəndir. Bu baxımdan Azərbaycan Respublikasının zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələrin həyata keçirilməsinə və ekoloji problemlərin həlli istiqamətində idarəetmə prosesində mövcud qabaqcıl informasiya texnologiyalarının tətbiqinə başlanılıb. Bir sıra xidmətlər "ASAN xidmət" vasitəsi ilə elektronlaşdırılıb, 2020-ci ildə nazirliyin göstərdiyi bütün xidmətlər üzrə elektronlaşma proqramı hazırlanır və həyata keçirilməsi nəzərdə tutulur.

- Paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Nazirlik yeni yaşıllıq sahələrinin yaradılması üçün hansı layihələri planlaşdırır?

- Bildiyiniz kimi, uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin çirklənməsinə səbəb olub. Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir. Bununla əlaqədar çirklənmiş ərazilərin qiymətləndirilməsi, təmizlənməsi üsullarını və gələcək istifadə təyinatını müəyyən etmək üçün inventarlaşdırma işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafında və Suraxanı rayonunda ərazilər lay suları, neft, duz, yod və digər çirkləndiricilərdən təmizlənərək burada həmişəyaşıl ağac və kol növlərindən ibarət yaşıllıqlar salınıb. Eləcə də, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarının külək və su eroziyasından mühafizəsi, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə yolların ətrafının yaşıllaşdırılması tədbirləri həyata keçirilir və qənaətcil suvarma şəbəkəsi qurulur. Abşeron yarımadasının 2020-2025-ci illər üçün yaşıllaşdırılması proqramına əsasən 10 min hektaradək ərazinin yaşıllaşdırılması planlaşdırılır.

Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi də prioritet istiqamətlərimizdəndir. 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyi münasibətilə keçirilən aksiyada ölkə üzrə bir gündə 650 min ağac əkilib.

Meşəsalma fəaliyyəti ilə yanaşı, meşələrin mühafizəsi tədbirləri də gücləndirilir, meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir. Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi üçün beynəlxalq təcrübələr əsasında inventarlaşma işlərinə başlamışıq və 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb.


- Su problemi bu gün qlobal müstəvidə müzakirə olunan məsələlərdəndir. Azərbaycana gəlincə, ölkəmizdə su ehtiyatlarının idarə edilməsi sahəsində real vəziyyət necədir?

- İçməli suyun iqtisadiyyatın bir çox sahələrində, habelə insan həyatında vacibliyi hər kəsə məlumdur. Bu gün Azərbaycan öz ehtiyaclarını ödəməyə qadir olmasına baxmayaraq, bir çox qonşu dövlətlərlə müqayisədə daha az şirin su ehtiyatlarına malik ölkədir. Ölkənin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat getdikcə artır. Su ehtiyatlarının ölkə ərazisində qeyri-bərabər paylanması və region ölkələri ilə müqayisədə nisbətən azlığı, transsərhəd suların çirklənməsi, su təhlükəsizliyinə təhdidlərin olması və digər çətinliklər nəzərə alınaraq, beynəlxalq praktikaya uyğun olaraq sudan səmərəli istifadə edilməsi, suyun dəqiq uçotunun aparılması məsələləri hədəf kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncama uyğun olaraq, hazırda ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində mövcud problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Eyni zamanda, iqlim dəyişmələrinə adekvat adaptasiya tədbirlərinin seçilməsi üçün gələcək iqlim dəyişmələri ssenariləri də hazırlanır. Təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin, həmçinin monitorinq və laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə maddi texniki baza modernləşdirilir. Avropa Ətraf Mühit Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMT-nin qəbul edilmiş təlimatlarına uyğun olaraq ölkə üzrə elektron su balansının yaradılmasına başlanılıb.

- Xəzərin ekoloji vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu gün nazirliyin fəaliyyət hədəflərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Dünyada karbohidrogen ehtiyatları və bioloji zənginliyi olan Xəzər dənizi unikal bir su hövzəsidir. Əfsuslar olsun ki, antropogen və təbii amillərin (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu, neft-qaz hasilatı və s.) təsiri Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarıb, o cümlədən dənizin unikal ixtiofaunasında böyük dəyişikliklər baş verib. Xəzərin ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilməsi üçün tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur.

Yeri gəlmişkən qeyd edim ki, iqtisadiyyatın qida sektoruna aid olan balıqçılığın davamlı inkişafı da əsas prioritet istiqamətlərimizdən biridir. Təbii balıq ehtiyatlarının qorunması, balıqçılığın inkişafı, su hövzələrindən səmərəli istifadə edilməsi, bu sahədə normativ hüquqi bazanın və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə addımlar atılır. Son iki il ərzində nərə cinsli və müxtəlif növ digər balıq və balıq məhsullarının sənaye məqsədilə istehsalını həyata keçirən bir sıra müasir müəssisələr yaradılıb. Əsas məqsədimiz yaxın illərdə ölkə əhalisinin balıq məhsullarına olan tələbatının ödənilməsi, idxaldan asılılığın azaldılması, iqtisadiyyatı sahil balıq ovundan asılı olan rayonların sosial-iqtisadi yüksəlişini təmin edən şirin su və dəniz hövzələrində balıq fermer təsərrüfatlarının inkişafıdır. Bütün bunlar son nəticədə təbii su hövzələrində balıqların, xüsusilə nərəkimilərin təbii populyasiyasına antropogen təzyiqin azalmasına gətirib çıxaracaq.

- Bu gün ekoloji cəhətdən narahatlıq doğuran və bütün ölkələrə xas olan problemlərdən biri də bərk məişət tullantıların idarə olunması ilə bağlıdır. Bəs bizdə vəziyyət necədir?

- Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının istifadəyə verilməsi və çoxsaylı nəzarətsiz tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda müsbət dəyişikliklər baş verib. Lakin digər ərazilərdə, xüsusilə də iri yaşayış məntəqələrində məişət tullantılarının daşınması və yerləşdirilməsi narahatlıq doğurur. Bu problemin həll olunması üçün Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Bərk məişət tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair Strategiya və Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyi ilə birlikdə regional poliqonların tikilməsi, tullantıların təkrar emal müəssisələrinə yönəldilməsi istiqamətində tədbirlər görülür, idarəetmə orqanları və özəl sektorla iş aparılır.

- Respublika ərazisindəki mövcud mineral xammal bazası və ondan səmərəli istifadə ilə bağlı hazırda hansı işlər aparılır?

- İqtisadi inkişaf, xüsusilə tikinti sektorunun xammala olan tələbatı ilə bağlı geoloji axtarış və kəşfiyyat işləri genişləndirilir. Mineral xammal bazasının qorunması və səmərəli istifadəsi sahəsində dövlət-sahibkar dialoqu platforması qurulub. Ölkə rəhbərliyinin təşəbbüsü ilə yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb. Bu sahədə yaradılmış yeni idarəetmə strukturu faydalı qazıntıların kompleks istifadəsinə və bu sahədə əlverişli investisiya mühitinin yaradılmasına imkan verəcək.

- Ölkəmizdə ekoloji siyasətin mühüm istiqamətlərindən biri də mühafizə olunan təbiət ərazilərinin inkişafı ilə bağlıdır. Son illərdə bu sahədə hansı irəliləyişlərə nail olunub?

- Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə zəngin biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu baxımdan ölkəmizdə biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Bu həm də ekoturizmin inkişafı və ölkənin tanıdılmasında böyük rol oynayır. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işləri, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarını yüksək qiymətləndiririk. IDEA ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir. "Ceyranların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi" çərçivəsində bu günədək 200-ə yaxın ceyran öz təbii areallarına buraxılıb. Bundan əlavə, ötən il Şahdağ Milli Parkının ərazisində Almaniya, Fransa və Belçika zooparklarından 12 baş Avropa bizonu gətirilərək bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda IDEA İctimai Birliyi ilə birlikdə daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı "Zəngin hövzələr" layihəsinin icrasına başlanılıb.

Ötən il Azərbaycan Prezidentinin Fərmanı ilə Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikasının geoloji, coğrafi, tarixi və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin qorunması istiqamətində UNESCO ilə əməkdaşlıq genişləndirilir. Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Qlobal Geoparklar təşəbbüsü çərçivəsində beynəlxalq geoloji əhəmiyyətə malik ərazi kimi müəyyənləşdirilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir.

Ümumiyyətlə Azərbaycan təbiətinin yerli və beynəlxalq səviyyədə təşviqatının gücləndirilməsi məqsədilə sektorlararası əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilir.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Multukulturalizm dəyərləri özünü nələrdə ifadə edir?
17:1226 dekabr

Multukulturalizm dəyərləri özünü nələrdə ifadə edir?

Sivilizasiya inkişaf etdikcə, dünya ölkələri də bu inkişafla ayaqlaşmağa cəhdlər edir. Təbii ki, ölkələr bu sürətlənməyə hazır şəkildə deyil, ibtidai aura ilə qoşulur, əlaqələr, münasibətlər və siyasi bağlılıqlar artdıqca, onların da dünyaya inteqrasiyasında bir zərurilik yaranır. Səmimi etiraf