İSTİ XƏBƏRLƏR
168saat.com » Dünya » Qlobal istilərin kasıba və varlıya fərqli təsiri olub

Qlobal istilərin kasıba və varlıya fərqli təsiri olub


Qış bahar kimi mülayim keçdi. Apreldə isə qar yağır, soyuqdan titrəyirik. Gördüyünüz kimi, iqlim tam qarışıb, fəsillər öz simalarını sanki itiriblər.
Təbiətdəki bu iqlim dəyişikliyi təkcə insanların səhhətinə deyil, ayrı-ayrı ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərirmiş!
Daha dəqiq desək, 1960-cı illərdən başlayaraq, qlobal istilənmə iqtisadi bərabərsizliyi gücləndirmişdir.
Belə bir qənaətə Stenford  universitetinin alimləri 165 ölkədə Daxili Məcmu Məhsulun səviyyəsinə  temperatur  dəyişkənliklərinin təsirini öyrənərkən gəlmişlər. Bu barədə "168 saat" qəzeti Proceedings of the National Academy of Sciences dərgisinə istinadən xəbər verir.
Daha dəqiq desək, iqlimin dəyişilməsi soyuq iqlimə malik Norveç və İsveç kimi olduqca varlı ölkələri daha da varlandırmış, Hindistan və Nigeriya kimi isti iqlimə malik ölkələrdə isə iqtisadi artımı azaltmışdır. Alimlər bu qənaətə 20 min iqtisadi inkişaf modelinin qlobal istiliyin təsiri ilə və təsiri olmadan vəziyyətinin öyrənilməsindən sonra gəlmişlər.
"Bizim araşdırmalar sübut edir ki, yer kürəsinin kasıb ölkələri qlobal istiləşmə şəraitində daha da acinacaqlı duruma düşməkdədirlər", - deyə klmatoloq, dərgidəki xəbərin müəllifi Noa Diffenbau yazmışdır.
"168 saat İNFO"
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi
10:2616 aprel

Dünya İnformasiya məkanının №1 xəbəri: Maddənin yeni vəziyyəti kəşf edildi

Soyuq otaqda  yatmağın 5 faydası
09:5725 aprel

Soyuq otaqda yatmağın 5 faydası

Axşam insanın yatdığı otağın temperaturu onun orqanizminə təsir edir. Çox insan elə düşünür ki, yatanda nə qədər isti olsa, bir o qədər yaxşıdır. Mənə soyuq olar, xəstələnərəm düşünənlərə bəd xəbər var: isti yataq otağında yatan insanlar daha tez qocalır.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.