İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » Sumqayıtda nə qədər adam koronavirusa yoluxub?

Sumqayıtda nə qədər adam koronavirusa yoluxub?

Ümumi yoluxma hallarının 47 faizi Bakıda aşkarlanıb. Bununla yanaşı, yoluxma hallarının 13,6 faizi Gəncə-Qazax bölgəsində, 11,1 faizi Aran bölgəsində, 9,2 faizi Abşeronda, 8,6 faizi Lənkəranda qeydə alınıb. Digər bölgələrdə isə bu göstərici 5,4 faizdən azdır.

İndiyədək yoluxma hallarının yüksək olduğu rayonlar var. Paytaxtda yoluxma faktlarının çoxluğu təmas hallarının çoxluğu ilə əlaqədardır. İndiyədək Gəncədə 481, Sumqayıtda 250, Abşeronda 209, Masallıda 47, Goranboyda 30, Qəbələdə 47, Xaçmazda 31, Beyləqanda 29, İsmayıllıda 32, Astarada 27, Neftçalada 55 yoluxma faktı qeydə alınıb. Həmçinin Salyanda 114, Cəlilabadda 101, Yevlaxda 109, Kürdəmirdə 82 yoluxma halı aşkarlanıb. Bəzi rayonların kəndləri xüsusi fərqlənir. Belə ki, Masallı rayonunun Əlişanlı, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndlərində 12, Beyləqan rayonunun Şahsevən kəndində 5, Kürdəmir rayonunun Sığırlı kəndində isə 31 yoluxma faktı qeydə alınıb. Həmin rayonların sakinlərini karantin rejiminin qaydalarına ciddi nəzarət etməyə dəvət edirik.

Bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Paytaxtın rayonlarına gəlincə, yoluxma hallarının 14,5 faizi Yasamaldadır. Bundan əlavə, yoluxma faktlarının 13,5 faizi Sabunçuda, 13 faizi Nəsimidə, 11,1 faizi Binəqədidə, 10,5 faizi Nərimanovda, 10 faizi Xətai rayonunda, 7,4 faizi Qaradağda, 6,9 faizi Suraxanı, 5,9 faizi Nizami rayonunda qeydə alınıb. Digər rayonlarda isə yoluxma halları 3 faizdən azdır.

Günlər üzrə ümumi testlərdə müsbət test nəticələrin payı 4,7 faizdir", - deyə R.Bayramlı diqqətə çatdırıb.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıt xərclərini   gəlirləri hesabına ödəyir
16:4829 oktyabr

Sumqayıt xərclərini gəlirləri hesabına ödəyir

Gələn il öz xərclərini qarşılamaq üçün dövlət büdcəsindən vəsait alan rayonların sayında artım olacaq. Bu, 2020-ci il üzrə açıqlanan büdcə parametrlərindən aydın olur.

Hotellərin gəliri azalıb: bir gecələmə...
12:4330 aprel

Hotellərin gəliri azalıb: bir gecələmə...

Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir

Regionlar necə inkişaf edir?
11:3105 noyabr

Regionlar necə inkişaf edir?

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışında iştirak etdi. Dövlətimizin başçısının bölgəyə səfəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələri yenidən