İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Hazırladığı şagirdlərin tam 25-i 100 faiz nəticə göstərdi

Hazırladığı şagirdlərin tam 25-i 100 faiz nəticə göstərdi



Sumqayıt şəhərində fəaliyyət göstərən müəllim respublikada bir ilkə imza atıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhərin ingilis dili müəllimi olan Ramal İsmayılov bu çətin pandemiya şəraitinə baxmayaraq əzmlə çalışıb və hazırladığı şagirdlərin düz 25 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 100 % nəticə göstərib. Ən təəccüblüsü isə onun ixtisasca iqtisadçı olmasıdır. R.İsmayılov 16 ildir Sumqayıt şəhərində pedaqoji fəaliyyətlə məşğuldur.

İsmayılov Ramal Mahmud oğlu 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cu ildə Sumqayıt şəhər 28 saylı orta məktəbin birinci sinfinə gedib, 2005-ci ildə həmin məktəbi bitirərək 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

İngilis dili hazırlığı ilə hələ orta məktəbdə - onuncu sinifdə oxuyarkən məşğul olub. Özü universitetə hazırlaşa-hazırlaşa həmyaşıdlarına da dərs keçib.

R.İsmayılov sonuncu parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüşdü. 2019-cu ildən Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərir. R.İsmayılov artıq təsis etdiyi EPİ Akademiyasında ingilis dili fənni ilə yanaşı, gənclərə beynəlxalq imtahanların sirlərini də öyrətmək üzərində iş aparır. O, həmçinin “İngilis dili” dərsliyinin müəllifidir.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?
18:5318 fevral

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?

Ötən həftəsonu baş tutan Parlament seçkiləri Milli Məclisin yeni tərkibini formalaşdırdı. Doğrudur, hələlik nəticələr rəsmi olaraq təsdiqlənməyib, ancaq dairələr üzrə ilkin hesablamalara əsasən qaliblər məlumdur. Sumqayıtın seçki dairələri üzrə qalib namizədlərdən yalnız biri öncəki çağırışda

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı
11:5507 noyabr

Azərbaycanda millət vəkillərinin mobil nömrələri açıqlandı

X ə b ə r verdiyimiz kimi , se ç icil ə rin mill ə t v ə kill ə ril ə daha asan ə laq ə qura bilm ə l ə ri üçü n Milli M ə clisin r ə smi veb - s ə hif ə sind ə mobil n ö mr ə l ə r yerl ə ş dirilib .

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,