İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıt məktəblisi dünya olimpiadasında qızıl medal qazanıb

Sumqayıt məktəblisi dünya olimpiadasında qızıl medal qazanıb


Sumqayıt təhsili daha bir uğura imza atıb. "IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən Sumqayıt məktəblisi böyük nailiyyət əldə edib.

Virtual formatda təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.

Sumqayıt Şəhər Təhsil Şöbəsindən AZƏRTAC–a bildirilib ki, olimpiadada iştirak edən Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl medala layiq görülüb. Ölkəmizi digər təmsil edənlər - Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medal qazanıblar.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Hansı Sumqayıt   məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?
15:4111 sentyabr

Hansı Sumqayıt məktəbləri ötən il daha yaxşı nəticələr göstərib?

2019-cu ildə Fənn Olimpiadalarının finalında şəhərimizin şagirdləri Respublika üzrə ən yüksək nəticələrdən birini göstərmiş, 23 nəfər şagirdimiz Olimpiadanın qalibi adını qazanmışdır. 3 şagirdimiz Olimpiadanın qızıl, 8 şagird gümüş, 12 şagird isə bürünc medala layiq görülmüşdür. Qaliblərin yarıdan

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Peşə təhsilinə diqqət artırılır
10:5414 sentyabr

Peşə təhsilinə diqqət artırılır

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə peşə təhsilinin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında