İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Sumqayıtda tullantıların qanunvericiliyə uyğun idarə edilməməsi faktı aşkarlanıb

Sumqayıtda tullantıların qanunvericiliyə uyğun idarə edilməməsi faktı aşkarlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Xidmətin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, həmin ərazilərə keçirilən baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb: “Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Sumqayıt bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Ərazilərin tullantılardan təmizlənməsi, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib.

Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarına bir daha müraciət edir ki, tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etsinlər, əhalidə narahatlıq yaradan hallara, sanitar və ekoloji normaların pozulmasına yol verməsinlər”.
Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Abşeron yarımadasında çirklənmiş ərazilərin aqibəti necə olacaq?
16:3004 iyun

Abşeron yarımadasında çirklənmiş ərazilərin aqibəti necə olacaq?

Ekologiya və Təbii Sərvətlər naziri, bundan öncə isə Sumqayıtda “Azərkimya” İstehsalat Birliyinə rəhbərlik etmiş Muxtar Babayev müsahibəsində ölkəmizdə ekoloji sağlamlaşdırma istiqamətində görülən işlərdən bəhs edib.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"
17:0027 dekabr

Şəhər bələdiyyəsi rəsmisindən: "Qanun çərçivəsində mümkün olan bütün evlər sənədləşdiriləcək"

Bildiyiniz kimi, cari ilin 23 dekabr tarixində yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə növbəti seçkilər keçirildi. 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi statusu qanun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi