İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılıb

Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılıb

Əhali qrupu üzrə təbii qazın illik istehlak həcmi 500 kubmetr artırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yaydığı məlumatda deyilir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı xarakter daşıyan sosial siyasətinə uyğun olaraq, növbəti humanist addım atılıb. Belə ki, dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.

Qeyd edək ki, 1,5 milyondan çox abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edir.

Yeni qərara əsasən, əlavə olaraq daha 300 minədək əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq.

Qərar bu il mayın 1-dən qüvvəyə minir.

Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.
Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü
18:1329 aprel

Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində növbəti “Açıq qapı” günü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan qadınlar” Cəmiyyətinin və “Əlilliyi olan Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.

Kompensasiyalar ödənilir:  Vətəndaşlar minnətdarlıq edir
12:4330 aprel

Kompensasiyalar ödənilir: Vətəndaşlar minnətdarlıq edir

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
18:0626 aprel

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib