İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Yalnız “168 saat”da: Yaxınlarda reallığa çeviriləcək 6 fantastik nəsnə

Yalnız “168 saat”da: Yaxınlarda reallığa çeviriləcək 6 fantastik nəsnə



Əziz oxucularımız!  Biz - "168 saat"ın redaksiyası məhz sizin üçün abunə olduğumuz  "Faydalı kitabların əsas ideyaları" ( QİPK) bülletenindən növbəti paylaşmanı edirik. Əminik ki, sizinçün maraqlı  olacaq. Yaxınlarda reallığa çeviriləcək 6 fantastik  nəsnə hansılardır? Bunu bülleten redaktorları Devid  Rouzun "Əşyaların gələcəyi. Nağıl və fantastika necə reallığa çevrildi" kitabı əsasında  hazırlayıblar.

1. Ehtiyat bədən.

Bu gün süni intellektlə heç kəsi təəcübləndirmək olmaz. Robot-tozsoran ev təmizləyir, robot məşqçi insana formada qalmağa kömək edir. Bəs sonra? Robot-dostlar, robot-həyat yoldaşları? Tanınmış iqtisadçı Dmitr İtskov bəyan edir ki, 2045-ci ildə istehsalata insan kopyaları buraxılacaq. Bir sözlə, real avatarlar. Onların beyinlərinə öz prototiplərinin şəxsiyyəti və şüuru haqda məlumatlar yeridiləcək. Robotların daim təmir oluna bilməsi, ehtiyat hissələrinin dəyişdirilməsi mümkünlüyü belə deməyə əsas verir ki, ölməzlik barədəki miflər reallaşacaq, insan özü ölsə belə, onun robot tayı yaşamaqda davam edəcək.

2. Ev heyvanları əvəzləyiciləri.

Dizaynerlər çoxdandır ki, qadjetlərin emosional cəlbedicilikləri üzərində çalışırlar ki, insanlar ev heyvanlarına bağlandıqları qədəri ilə qadjetlərə də bağlansınlar.
Psixoloq Kristoff Bartnekin rəhbərliyi altında çalışan tədqiqat qrupu gənclərdən kompüter oyununu süni pişiyin iştiraki ilə oynamağı xahiş ediblər. Oyuna öz tərpənişləri ilə reaksiya verən süni pişik seansın sonunda gənclərin oyundan çıxmaq proqramına riayət etmələrinə mane olub, yalvarıb ki, bunu etməsinlər. Gənclər hədsiz həyacan duyublar, onların əksəriyyəti sanki süni yox, əsil pişiyin həyatına təhlükə törətdikləri hisslərini keçiriblər.
Ola bilsin ki, təqribən 30-50 ildən sonra ev heyvanlarını sevən insanlar heyvan tükünə allergiyanın, evdə səliqəsizliyin nə olduğunu unudub ideal davranışa malik süni ev heyvanları ilə birgə yaşayacaqlar.

3. Şəxsi meteobüro.

ABŞ-ın Massaçuset universiteti professoru Devid Roya falabaxanların büllur kürələrindən ilhamlanaraq Ambrent Orb adlı bir nəsnə kəşf edib. Bu, daxil olan informasiyadan asılı olaraq öz rəngini dəyişən şüşə kürədir. Əgər bu şüşə kürəyə hava haqqında məlumatları yükləyib, tutalım, yağışın yaxınlaşması informasiyasını hansısa bir rənglə proqramlaşdırsan, onda, yağış yağacağını kürə aldığı rənglə sənə bildirəcək, sən də necə geyinəcəyini, çətir götürüb-götürməyəcəyini müəyyənləşdirəcəksən.

4. Nanohəkim.

Insan uzunömürlülüyü məsələləri ilə məşğul olan Amerika futuroloqu Reymond Kursvel hesab edir ki, 2030-cu ildə insan orqanizminə nanorobotlar yeridiləcək ki, onlar da xəstəlik ocaqlarını bəlavasitə məhv edəcək, orqanlarda mikroəməliyyatlar həyata keçirərək yaraları sağaldacaq, trombları, kistaları yox edəcək, soyuqdəymələri aradan qaldıracaqlar. 
2050-ci ildə isə  Reymond Kursvelin fikrincə, insanlıq ümumən xəstəlikləri unudacaq.
Onu da qeyd edək ki, Kursvel sehirli Glowlap qapağını kəşf edən şəxs kimi tarixə düşüb. Statistika göstərir ki, insanların çoxunun xəstəliyi ona görə şiddətlənir ki, onlar   vaxtlı-vaxtında dərman içməyi unudurlar. Kursvel Devid Rouzla birgə tibbi preparatlar üçün elə bir qapaq kəşf edib   ki, bu qadjet öz sahibinə səs və rənglə dərman qəbul etmək xəbərdarlığını çatdırır. Paralel olaraq, dərman qəbul etmək barədə xatırlatma xəstənin ailə üzvlərinin telefonlarına da göndərilir ki, onlar rejimə nəzarət edə bilsinlər.

5. Elektron sürücü.

Avtopilotlu avtomobil insanın yola diqqət ayırma vaxtını azad edir. Bəzi avtomobil markalarında parklanmanın təhlükəsiz trayektoriyasını çəkən,  kor görmə zonasında nəqliyyat vasitəsinin peyda olmasını bildirən sensor qurğular artıq mövcuddur.  Yaxın zamanda özü maşın üçün boş parklanma yeri tapan avtomatik parklayıcı peyda olacaq ki, o, yer tapmaqla yanaşı avtomobili həm də parklayacaq. Hətta bu avtomobil qurğusu ehtiyac duyanda avtomobili yuyucuya, texniki baxışa da apara biləcək ki, siz rahatca şopinq edə, fəst-fud yeyə, film izləyə biləsiniz. 
Adama yuxu kimi gəlir, düzdürmü?
Ancaq bu həqiqətdir.

6. Ev-konstruktor.

Bu kəşf alimlər tərəfindən fəal test olunur. 4,5x4,5 metr ölçülü  ərazi-deyək ki, otaq siterblat vasitəsi ilə idarə olunur və sizin gecə rejiminiz belə bu zaman nəzərə alınır. Gecə otağınızda çarpayı var, səhər o avtomatik olaraq yığışdırılır. Siz əl-üzünüzü yuyanda otaq gimnastika etməyiniz üçün fitnes zalına çevrilir, növbəti mərhələdə siz duş qəbul edəndə o  mətbəx olur ki, siz gəlib səhər naharını edə biləsiniz. Sonra-sizin naharınızdan sonra otaq iş kabinetinə çevrilir. Siz evdə olmayanda isə evdə təmizlik işləri aparılır. 
Əsl arzular evi! 
Fantastika!

P.S.  Təsəvvür edin, 2050-ci ildə həyat tam dəyişəcək. Robotlar evimizi təmizləyəcək, maşınımızı sürəcəklər, robot-ekizimiz əvəzimizə kitab oxuyacaq, hətta kimisə sevəcək. Nanohəkimimiz də bizi xəstələnməyə qoymayacaq, heç yerimiz ağrımayacaq.
Bəs biz darıxmayacağıq?

Nərmin Müşfiqzadə
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Məşhurların şəxsi həyatına  müdaxilə nədən qaynaqlanır?
12:3509 may

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.

Varlanmaq istəyirsən, deyilmi?
10:5624 aprel

Varlanmaq istəyirsən, deyilmi?

Böyük sərvətə malik iş adamları öz uğur yollarında mütaliənin əvəzsiz rol oynadığını daim vurğulayırlar. Bu günlərdə Kommersant-daily dərgisində Rusiyanın 3 məşhur gənc iş adamı Maks Kraynov, Oleq Tinkov və Denni Perekalski ilə mini-intervyu dərc olunub. Bol mütaliə edən, özləri də bir şeylər yazan

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150