İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Öd daşı nə zaman yaranır?

Öd daşı nə zaman yaranır?



Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olur.
Hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?
Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
Hamiləlik - dölün öd kisəsini sıxması;
Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;
Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.
Mövzu ilə bağlı açıqlama verən qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib. Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir: "Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır.
Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.
Bu necə baş verir?
Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir. Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər". Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edir.
"Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.
Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.
Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.
Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayır.
Rəy bildir +
Oxşar xəbərlər
Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Hamiləlik zamanı  yüksək hərarətin təhlükələri
10:4424 may

Hamiləlik zamanı yüksək hərarətin təhlükələri

Hərarətin yüksəlməsi orqanizmin fizioloji müdafiə reaksiyasıdır. Lakin hamiləlik zamanı, xüsusilə hamiləliyin 1-ci üçaylığında hərarətin yüksəlməsi dölün inkişafına mənfi təsir edə bilər.

USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır?
16:5716 aprel

USM müayinəsi zamanı əsasən hansı problemlər aşkarlanır?

Qəbizlikdən əziyyət  çəkənlər üçün faydalı məsləhətlər
12:0316 may

Qəbizlikdən əziyyət çəkənlər üçün faydalı məsləhətlər

Nəcis kütləsi ilə orqanizmdən tək qidanın həzm olunmamış qalıqları deyil, orqanizmin fəaliyyəti nəticəsində burada əmələ gələn və su, qida, hava və s. ilə orqanizmə düşən ziyanlı maddələr xaric olunur.