İSTİ XƏBƏRLƏR
168saat.com » Şəhər həyatı » “Nəsimi ili”: Sumqayıtda açıq səma altında müsabiqə keçirilib

“Nəsimi ili”: Sumqayıtda açıq səma altında müsabiqə keçirilib



Sumqayıt şəhər Nəsimi adına mədəniyyət və istirahət parkında "Nəsimi ili” çərçivəsində klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İki cahan” adlı açıq səma altında etüd - müsabiqə keçirilib. Tədbiri Sumqayıt Dövlət Rəsm Qalereyası Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edib.

Qalereyanın direktoru Ellada Rəşidova AZƏRTAC–a bildirib ki, müsabiqə keçirməkdə məqsəd gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, yaradıcı ictimaiyyətin diqqətini incəsənətin etüd sahəsinə cəlb etmək və böyük mütəfəkkirin irsini uşaq və yeniyetmələr arasında təbliğ etməkdir.

Müsabiqədə 4 saylı Diyarşünaslıq klubu, Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərinin, ümumilikdə, 25 şagirdi iştirak edib. Müsabiqədə seçim turundan keçən rəsm müəllifləri Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən mükafatlandırılacaq.
Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtda incəsənət festivalı təşkil edilib
10:2010 may

Sumqayıtda incəsənət festivalı təşkil edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində oxuyurdu, o zamanlar mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik. Getdik universitetə ki, tələbələr arasından seçim edək.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari