İSTİ XƏBƏRLƏR
168saat.com » Mədəniyyət » Yazıçımız Rusiyada təltif olunacaq

Yazıçımız Rusiyada təltif olunacaq



İyunun 2-də Moskvada - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir neçə yazar "Puşkin medalı" ilə təltif ediləcək. Onlardan biri də Azərbaycan yazıçısı Varis Yolçuyevdir.  
Mükafatlandırma böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220-ci ildönümü münasibəti ilə düzənlənən təntənəli mərasimdə baş tutacaq. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası" və "Rus poeziyası antologiyası" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar. 
"Puşkin medalı" laureatlara 2 dərəcə üzrə təqdim olunacaq: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Həmyerlimiz 1-ci dərəcəli "Puşkin medalı" ilə mükafatlandırılacaq.
Mükafatlandırma mərasimində Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak edəcək.
İyun ayının 4-də isə Varis Yolçuyev Moskvanın Qızıl meydanında keçiriləcək ənənəvi Kitab festivalında ayrıca stendlə təmsil olunacaq. Stenddə yazıçımızın Rusiyada çıxan kitabları, o cümlədən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş "Yanvarın 13 günü", habelə 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivallnda qızıl laureatlıq gətirmiş "Metamorfoz" romanları nümayiş olunacaq.
Rəy bildir +
Oxşar xəbərlər
Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?
13:0130 may

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni