İSTİ XƏBƏRLƏR
168saat.com » İdman » Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?



Hələ Topaz Premyer Liqasının cari mövsümü başa çatmamış idman mediasında ölkə klublarında aparılacaq islahatlar haqda məlumatlar yayılmışdı. Bu tip xəbərlərdən biri də "Zirə"nin sumqayıtlı baş məşqçisi Samir Abasovun cari  "futbol ili" başa çatan kimi "qartallar"dan uzaqlaşdırılacağı ilə bağlı idi. Düzdü, sonradan klub rəhbərliyi Samir Abasovu postunda saxlasa da, çalışdırıcının komanda ilə uğur qazana bilməməsi hələ də müzakirə olunur. Məhz bu səbəbdən Sumqayıt futbol məktəbinin yetirməsinin paytaxt klubunda uğursuzluqla üzləşməsinin səbəblərini təhlil etməyə qərar verdik.
Son illərdə ölkə futbolunun "vitrinində" yer alan mütəxəssislərdən olan Abasov 2017/2018-ci illər mövsümündə "Suqayıt"ın baş məşqçisi kimi adından xeyli söz etdirmişdi. Avrokuboklar uğrunda son turlara qədər mübarizə aparan Sumqayıtın eyniadlı komandası hədəfinə son anda çata bilməmiş və 5-ci olmuşdu. Amma finişdəki uğursuzluq Samir Abasovun qurduğu mübariz komandanın mövsümü uğuru keçirdiyinə inananların sayını azaltmamışdı. 

Nəticələrə təsir edən pul söhbəti

Bəlkə də Samir Abasov öz personası və "Sumqayıt" ətrafında açdığı yersiz pul söhbətlərinin yaranmasına imkan verməsəydi, komanda Avrokubok xəyalını reallaşdıracaqdı. Düzdü, Avroliqaya vəsiqənin əldə olunmamasını mövsümün qızğın çağında Kamran Quliyev - Ceyhun Sultanov duetinin "Neftçi"yə yollanması və bundan sonra Abasovun komanda daxilində yaranan problemləri aradan qaldıra bilməməsi ilə əlaqələndirənlər də var, ancaq bununla belə, Samir Abbasovun ümumi işi qənatbəxş hesab olunurdu. Məhz "Sumqayıt"dakı uğurlu fəaliyyəti onu daha imkanlı "Zirə"yə daşıdı. Mövsümün əvvəlində "qartallar"la anlaşan mütəxəsisdən daha ciddi uğur gözlənilsə də, sumqayıtlı çalışdırıcı yenə komandası ilə beşinci pillədən yuxarı qalxa bilmədi. Hər iki komandası ilə mövsümü beşinci pillədə tamamlayan Abasovun sözügedən klublardakı gedişləri də çempionatdakı yeri ilə eynidir. Hər halda, Sumqayıt klubunda klub rəhbərliyi ilə Abasov arasında yaranan maddi anlaşmazlığın "Zirə"də də özünü göstərməsi belə deməyə əsas verir. Yadınızdadırsa, bir müddət öncə Abasovun digər bir ölkə klubuyla danışıq aparması, daha doğrusu, xidmətini vasitəçilərlə bu kluba təklif etməsi məsələsi gündəmə gəlmişdi. İdman mediasında yer alan məlumatlara görə, "Zirə"də 8 min manat maaş alan Samir Abasov gələn mövsüm iddialı olacaq bu komandadan 12 min istəyirmiş. Lakin bu klubun rəhbərliyi onun xidmətində maraqlı olmaması sumqayıtlı məşqçinin Zirə"də qalmağa qərar verməsini şərtləndirmişdi.

Həlledici an sindromu

Samir Abasovun əsas çatışmazlıqlarından biri də komandasını həlledici oyunlara istənilən səviyyədə hazırlıya bilməməsidir. Hansı ki, hələ "Sumqayıt"da çalışarkən mövsümün sonuna doğru  sıralanan uğursuzluqlar ("Qarabağ" - 0:1, "Səbail" - 1:2, "Kəpəz" - 1:1, "Qəbələ" - 0:2, "Zirə" - 1:2)  baş məşqçini komandanı həlledici oyunlara kökləyə bilməməsinin nəticəsi idi. Eyni ssenari "Zirə"də də özünü göstərdi. Çempionatdakı uğursuzluğu ölkə kubokunun həlledici məqamında da üzərindən ata bilməyən Abasovun "drujinası" sonda Avropa Liqasında mübarizə aparmaq hüququndan məhrum oldu. Üstəlik, "Zirə" elitadakı yerini yalnız sona bir tur qalmış təmin etdi.

Münasibətlərdəki problemlər

Samir Abasovla bağlı idman mətbuatında yer alan digər bir məlumat isə məşqçi ilə klub rəhbərliyi və futbolçular arasında narazılıqların olmasıdır. Futbolçular, inzibati heyət onlarla bəzən təhqiredici tonda danışan bu məşqçini bəyənmir. Rəhbərlik də Samir bəyi davranışı üzündən xoşlamır. Şübhəsiz ki, Abasov bacarıqlı məşqçidir, özünü müəyyən mənada sübut edib, ancaq komanda daxilində narazılıqların baş qaldırması məlum uğursuzluqları şərtləndirən əsas məqamlardandır.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov, Arif Əsədov, Mübariz Orucov, Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov, Mahir Şükürov,

Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə