İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?

Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar?

Statistika nikbinlik yaradır: Son 5 ildə şəhərdə 32 min 819 yeni iş yeri yaradılıb. Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artıb, 32819 yeni iş yeri yaradııb. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.Bəs maraqlıdır, Sumqayıtda hansı sahələrə investisiya yatırmaq olar? Hansı istiqamətlər üzrə yeni müəssisələrə ehtiyac hiss olunur? Sərmayədarlar bazarın hansı tələblərini nəzərə almalıdırlar. 
"168 saat"ın İqtisadi Təhlil Qrupu təkli flərini təqdim edir:

Sənaye sahəsi
Ötən il Sumqayıt Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində 100 faiz xarici investisiya hesabına tikilmiş, ilkin mərhələdə 40 min ton tikinti qatqıları istehsal edəcək inşaat kimyəviləri zavodu, İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal edəcək, investisiya dəyəri 51 milyon dollar olan əlvan metallar və ferroərintilər zavodu və Böyük Britaniya, Almaniya, İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək "Tabaterra" tütün məmulatları fabriki istifadəyə verilib.
Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin yaradılması üçün şərait var. İnvestorlar bu imkanları nəzərdən keçirə bilər. 

Low cost uşaq bağçaları
Şəhərdə uşaq bağçalarının azlığı mövsüm başlandıqda hiss olundu. Şəhər rəhbərliyi bu problemin həlli üçün tədbirlər həyata keçirir. Şəhər rəhbərinin şəxsən bağçalara baş çəkməsi, onların təmiri, istilik sistemin qurulmasına diqqət ayırması bu sahəyə həssas yanaşmanın ifadəsidir...  Ancaq hər halda, dövlət bağçalarının şəhərin yeni əhali sayına uyğun olmaması ilə yanaşı, özəl bağçaların da sayı çox deyil. Bu, sərmayədarlar üçün bir fürsət ola bilər. Orta qiymətli, lakin yaxşı şəraitə malik bağçalar həm şəhərin bağçalarla bağlı olan tələbatını qarşılayar, həm də investor üçün rentabelli biznes kimi özünü doğruldar.

Özəl orta məktəblər
Sumqayıtda yeganə özəl orta məktəb Xəzər Universitetinin Dünya Məktəbidir. Ancaq bu, məktəb şəhərin özəl təhsilə olan tələbatını ödəmir. Özəl türk liseylərinin xələfi "İstək" liseyi də bağlandıqdan sonra bu sahədə də boşluq görünür. Şəhərdə övladını hər gün Bakıda özəl məktəblərə göndərənlər də var. Məhz onlar müasir, innovativ təhsil verə biləcək özəl təhsil ocağının olmasını yəqin ki, arzulayırlar. Belə məktəblərin sayı bir neçə də ola bilər. İstər Türk, istərsə "İstək" liseyinin illik təhsil haqqı 4000 manatdan yüksək idi. Deməli, hətta bu qiymətə də təhsil verən ən azı bir məktəb rentabelli fəaliyyət göstərə bilər. Təbii ki, nisbətən aşağı qiymətli məktəblər də özünü mütləq mənada doğruldar.

Əyləncə mərkəzi və ya mall
Şəhərdə böyük mall-a tələbat hiss olunur. İçərisində əyləncə üçün münasib infrastruktur - oyun, film zalları, restoranlar, kafelər, eləcə də alış-veriş mərkəzləri olan əyləncə və ticarət mərkəzi sumqayıtlıları cəlb edə bilər.

Plaza
Şirkətlərin sayı artdıqca ofis yerlərinə təlabat da böyüyür. Şəhərdə məhz bu istiqamət üzrə ixtisaslaşmış yalnız bir yer var: Sülh Plaza. O isə artıq dolub. Qiymətələri də çox yüksəkdir. İş adamları kiçik bir sorğu ilə müəyyən edə bilər ki, şəhərdə ən azı ikinci böyük plazanın dolması uzun çəkməz. Belə rahat, komfortlu ofislərdə oturmaq istəyən onlarla şirkət var, ancaq yer tapmaq problem olaraq qalır.
Beləliklə, Sumqayıtda yaxşı investisiya mühiti var, tələb də var - indi qalır təklif!

Vüsal Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Prezident yol tikintisinə pul ayırdı
11:2109 yanvar

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən