İSTİ XƏBƏRLƏR
168saat.com » Dünya » Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi

Dünyanın ən yaxşı fotoları müəyyənləşdirildi


National Geographic Travel Photographer of the Year müsabiqəsi yekunlaşdı

National Geographic jurnalı dünyada ən çox diqqətçəkən foto müsabiqələrindən biri hesab edilən National Geographic Travel Photographer of the Year müsabiqəsinə yekun vurmuşdur.
"168 saat" Novosti.ru portalına istinadən məlumat verir ki, baş mükafatı qazanan fotonun müəllifi 7,5 milyon dollar, habelə jurnalın rəsmi instaqram akkauntunda dərc olunmaq hüququ qazanmışdır.
"Təbiət", "İnsanlar" və "Şəhərlər" kateqoriyasında 1-ci yeri tutan fotoların müəllifinin hər biri 2,5 min dollar qazanmışdır.
7 həftə ərzində dünyanın 41 ölkəsinin həm peşəkar, həm həvəskar fotoqrafları şərtlərə uyğun olaraq son 2 ildə yalnız rəqəmsal kamera ilə çəkilən fotolarını göndərmişlər ki, juri ən yaxşılarını seçə bilsin.
Bu sayımızda sizə "Təbiət" kateqoriyasında  mükafata layiq görülmüş fotoları təqdim edəcəyik.


"Təbiət" kateqoriyası

1-ci yer
"Zərif gözlər"
Müəllif: Tamara Blaskes Xayk 
Peşəkar fotoqraf göydə qanad çalan şahin quşunu İspaniyanın Montraqu Milli Parkında kameraya almışdır.
"Bu gözəlliyə baxdıqca, bu quşun gözlərindəki saflığı süzdükcə adam təəccüblənir ki, niyə axı bu quşlarla rastlaşmanın pis əlamət olduğunu söyləyiblər? Şahinlər ətraf mühitin ən vacib nümayəndələrindən biridirlər, çox alicənabdırlar, ali canlıdırlar, səmanın şahıdırlar". Bu sözlər Tamara Xayuka məxsusdur.
Qalibiyyət gətirən fotonu çəkmək üçün fotoqraf azı yüz dəfə barmağını kameranın düyməsinə basmış, nəhayət, arzusunu reallaşdıra bilmişdir.


"Təbiət" kateqoriyası
2-ci yer
"Yuxu ovçusu"
Müəllif: Denni Sepkovski
"Dalğa aşağı şığıyanda nə olur? Bu sual məni illərdir narahat edirdi. Axır ki, mən gözəl bir gündə Qaxu adasına yollanıb günəşin doğmasını lentə almağa başladım" - Denni  Sepkovski söyləyir. Həmin gün günəş doğmasını yüzdən çox fotoqraf çəkməyə gəlmişdi. Onlar sonradan çıxıb getdilər. Günəşin batması zamanı isə çimərlikdə təkcə Sepkovski qalmışdı. Güclü külək və günəşin batma işığı sonda elə bir dramatik ab-hava yaratdılar ki, Sepkovski xəyallarının fotosunu çəkə bildi.


"Təbiət" kateqoriyası
3-ci yer
"Qara delfin"
Müəllif: Skot Poltell
Qara delfin Cənub okeanında, Yeni Zelandiyanın sahillərində yaşayır. Avstraliya və Cənubi Amerika sahillərində də ona rast gəlmək mümkündür. Qida axtarışı səbəbi ilə böyük delfin qrupları yüz kilometrlərlə məsafə qət eləyirlər, Yeni Zelandiya sahillərinin dərin kanyonları çox vaxt onların bu səfərlərində son nöqtə olur. Fotonun müəllifi uzun müddət gəminin dorunda dayanıb delfini gözləyib. Qəfildən suyun üstünə çıxıb öz bədən cizgilərini göstərən delfini görcək sevindiyindən  onun gözləri yaşarıb.
(davamı növbəti sayımızda)
Təqdim etdi: Nərmin Müşfiqzadə
Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu illərdi tanıyıram, şəxsinə həddən ziyadə hörmət və rəğbətim var. Olduqca maraqlı, eyni zamanda yaradıcı bir insandır. Daim axtarışdadır. "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu insana artıq

Foto sahəsində dünyada nömrə bir
15:3907 iyun

Foto sahəsində dünyada nömrə bir

Xüsusən mobil telefon epoxasında az qala hamı foto çəkir. Amma fotodan fotoya da fərq var axı.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il